Bakı
17° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8799 AZN

7,5 milyard dollarlıq rəqəmsal şəhər qurulacaq

7,5 milyard dollarlıq rəqəmsal şəhər qurulacaq

İndiyədək fantastika kimi görünən və demək olar ki, bütün son texnologiyaları özündə cəmləşdirəcək dünyanın ilk "rəqəmsal şəhər"i qurulmaq üzrədir.

ABŞ-da dünyanın ilk rəqəmsal şəhəri – Bleutech Park Las Vegas layihəsi həyata keçiriləcək. Onun təxmini dəyərinin 7,5 milyard dollar olduğu bildirilir.

Layihənin müəlliflik hüququ Bleutech Park Properties daşınmaz əmlak investisiya fonduna aiddir.

Rəqəmsal şəhər layihəsi çərçivəsində bərpa olunan enerji mənbələri, pilotsuz nəqliyyat vasitələri, süni intellekt, genişlənmiş reallıq, internetlə işləyən əşyalar, robototexnika və "özünü müalicə edən" beton konstruksiyaya sahib olan ağıllı binalarının təqdim ediləcəyi iddia edilir.

 

Layihənin 2019-cu ilin dekabrında həyata keçirməsi planlaşdırılır. Tikinti işlərinin təxminən 2025-ci ilin sonunadək tamamlanması nəzərdə tutulur.