Bakı
17° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8799 AZN

"Apple" şirkətinin rəhbəri Bakı bulvarının fotosunu paylaşıb

"Apple" şirkətinin rəhbəri Bakı bulvarının fotosunu paylaşıb

ABŞ-ın məşhur "Apple" şirkətinin baş direktoru və meneceri Tim Kuk öz "Twitter" səhifəsində Bakı bulvarının fotosunu yerləşdirib.

 T.Kuk fotonu avqustun 19-da qeyd edilən Beynəlxalq Fotoqrafiya Günü münasibətilə "iPhone" smartfonundan çəkilmiş şəkillər sırasından seçib.

"Mixail Zatulivetrovdan Bakı sahillərinin cazibədar anı", - T.Kuk şəklə qeyd yazıb.

Qeyd edək ki, paylaşılan şəkil məşhur rusiyalı Instagram-bloger Mixail Zatulivetrov tərəfindən çəkilib. Bu, onun Azərbaycanın paytaxtına həsr elədiyi yeganə fotoşəkili deyil.