Bakı
12° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0103 AZN

Ermənilərin atdığı mərmi Tərtər avtovağzalına düşüb, bir mülki şəxs həlak olub

Ermənilərin atdığı mərmi Tərtər avtovağzalına düşüb, bir mülki şəxs həlak olub

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 01.10.2020-ci il tarixdə saat 09 radələrində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub, avtovağzala ciddi ziyan dəyib. 

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Ən son xəbərlər

663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Dünyanın 10 zəngin şəxsi xeyli ziyan çəkib

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Azərbaycan səfirliyi Türkiyədəki terror cəhdini pislədi

MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

XİN Ermənistanın uşaqları döyüşçü kimi istifadə etməsinə münasibət bildirdi

Separatçıların “müdafiə naziri” yaralanıb

Ərdoğan: "Terrora və onun tərəfdarlarına qarşı mübarizəmizi davam etdirəcəyik"

Düşmən xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

Torpaqları azadetmə əməliyyatlarının başlamasından bir ay ötür

Son sutkada 527 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

Azərbaycan Prezidenti: “Kim verib sənə bu qədər silahı, niyə soruşan yoxdur?”

Kremldən ABŞ-ın Dağlıq Qarabağda atəşkəs bəyanatına münasibət...

Prezident xalqa müraciət edir - CANLI

Prezidentin köməkçisindən ermənilərin yeni hərbi təxribatları barədə XƏBƏRDARLIQ

Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım etdi

XİN məlumat yayıb

İlham Əliyev: “Həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir”

Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək

İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq