Bakı
12° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0103 AZN

Bakı Şəhər Baş Polis İdarəsi: Paytaxtın bütün ərazilərində polis nəzarəti gücləndirilib

Bakı Şəhər Baş Polis İdarəsi: Paytaxtın bütün ərazilərində polis nəzarəti gücləndirilib

Bakı ərazisində polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə postlarda xidmətə təhkim ediliblər. 

Saat 06-00-a qədər xidmət aparan əməkdaşlar avtomobil və piyadalara nəzarət edir. 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın bütün ərazilərində polis nəzarəti gücləndirilib. Saat 21:00 dan sonra əhaliyə xəbardarlıq üçün Post Patrul Xidmətinə məxsus avtomobillərdə audio səs yazısı vasitəsilə məlumat verilir.

Küçə və prospektlərdə avtomobillər saxlanılaraq sürücü və sərnişinlərin sənədi yoxlanılır. Bundan başqa, avtomobilin yük yerində baxış keçirilir. Paytaxtın müxtəlif ərazilərində qurulan postlarda təkcə avtomobillər deyil, həm də piyada gəzən şəxslər də saxlanılaraq yoxlanılır. Buraxılışı olmayan şəxslər polis bölməsinə aparılır. 

Qeyd edək ki, komendant saatı rejimi sentyabr ayının 28-dən qüvvədədir.

Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib. Bu ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib, xüsusi giriş-çıxış rejimi tətbiq edilib, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb. 

Ən son xəbərlər

663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Dünyanın 10 zəngin şəxsi xeyli ziyan çəkib

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Azərbaycan səfirliyi Türkiyədəki terror cəhdini pislədi

MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

XİN Ermənistanın uşaqları döyüşçü kimi istifadə etməsinə münasibət bildirdi

Separatçıların “müdafiə naziri” yaralanıb

Ərdoğan: "Terrora və onun tərəfdarlarına qarşı mübarizəmizi davam etdirəcəyik"

Düşmən xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

Torpaqları azadetmə əməliyyatlarının başlamasından bir ay ötür

Son sutkada 527 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

Azərbaycan Prezidenti: “Kim verib sənə bu qədər silahı, niyə soruşan yoxdur?”

Kremldən ABŞ-ın Dağlıq Qarabağda atəşkəs bəyanatına münasibət...

Prezident xalqa müraciət edir - CANLI

Prezidentin köməkçisindən ermənilərin yeni hərbi təxribatları barədə XƏBƏRDARLIQ

Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım etdi

XİN məlumat yayıb

İlham Əliyev: “Həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir”

Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək

İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq