Bakı
12° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0103 AZN

İran Prezident Aparatının rəhbəri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşırıq”

İran Prezident Aparatının rəhbəri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşırıq”

“İran İslam Respublikasının Azərbaycanla bağlı mövqeyi həmişə şəffaf və aydın olub. İran qonşu Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır və ona hörmətlə yanaşır. İşğala son qoyulmasının bölgədə sabitliyə səbəb olacağına inanırıq”. 

Antenn.az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı zamanı deyib. 

O bildirib ki, İran İslam Respublikasının xarici siyasətində Azərbaycanın önəmli və özünəməxsus yeri var: “Biz həmişə hər bir fürsətdən iki ölkə arasında əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək üçün istifadə edirik”.

Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişə ilə bağlı narahatlığını ifadə edən İran Prezident Aparatının rəhbəri qeyd edib ki, son hadisələri ciddi şəkildə və diqqətlə izləyirlər: “İki ölkə arasında ixtilafların beynəlxalq qanunlar çərçivəsində sülh müzakirələri ilə həlli üçün hər növ yardım etməyə hazırıq”. Vaezi bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İrandan Ermənistana hərbi yüklərin göndərilməsinə dair yayılmış məlumatları da təkzib edib. O vurğulayıb ki, yayılan məlumatlar əsassızdır. İran rəsmisinin sözlərinə görə, bu cür məlumatlar ölkəsi və Azərbaycan arasında əlaqələri korlamaq məqsədilə yayımlanır: “Heç şübhəsiz Tehran və Bakı arasındakı strateji, yaxşı və hərtərəfli əlaqələrə bu kimi şayiələrin yayılması təsir etməyəcək və iki ölkənin əlaqələrini korlamaq istəyənlərin hərəkətləri heç bir nəticə verməyəcək”.

Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev bildirib ki, İran İslam Respublikası Azərbaycana dost ölkədir.

Ş. Mustafayev qeyd edib ki, hər iki ölkənin yüksək rəsmiləri Tehranla Bakı arasında dərin əlaqələrin inkişafı üçün çox zəhmət çəkiblər və hazırda bu əlaqələr çox yaxşı səviyyədədir. 

Ən son xəbərlər

663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Dünyanın 10 zəngin şəxsi xeyli ziyan çəkib

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Azərbaycan səfirliyi Türkiyədəki terror cəhdini pislədi

MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

XİN Ermənistanın uşaqları döyüşçü kimi istifadə etməsinə münasibət bildirdi

Separatçıların “müdafiə naziri” yaralanıb

Ərdoğan: "Terrora və onun tərəfdarlarına qarşı mübarizəmizi davam etdirəcəyik"

Düşmən xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

Torpaqları azadetmə əməliyyatlarının başlamasından bir ay ötür

Son sutkada 527 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

Azərbaycan Prezidenti: “Kim verib sənə bu qədər silahı, niyə soruşan yoxdur?”

Kremldən ABŞ-ın Dağlıq Qarabağda atəşkəs bəyanatına münasibət...

Prezident xalqa müraciət edir - CANLI

Prezidentin köməkçisindən ermənilərin yeni hərbi təxribatları barədə XƏBƏRDARLIQ

Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım etdi

XİN məlumat yayıb

İlham Əliyev: “Həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir”

Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək

İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq