Bakı
20° Buludlu
Non-Stop music
İndi Efirdə 11:05 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9982 AZN

“Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza

“Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza CNN telekanalına müsahibə verib.

Antenn.az azvision.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Hazırda sülh ehtimalını necə dəyərləndirirsiniz? Bu barədə fikirlərinizi öyrənmək istərdik.

- 1994-cü ildə Qrabağ müharibəsinə son qoymaq üçün Rusiyanın vasitəçiliyi ilə atəşkəs rejimi imzalandı. Bu gün vəziyyət həmin dövrdən tamamilə fərqlənir. ATƏT-in Minsk Qrupunun həmsədri olduğum illərdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev arasında prinsipcə bir razılıq mövcud idi. Lakin bu, bir neçə əsas faktlar çərçivəsində irəliyə doğru məntiqli çıxış yolu hesab olunurdu.

Ancaq, hələ də dəqiqləşdirilməsi vacib bəzi önəmli detallar var.

Ermənistanda "Məxməri" inqilabdan sonra hakimiyyətə gələn Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə normal münasibətlər quracağına və münaqişənin həlli istiqamətində irəliləyiş olacağına ümid vardı. Əslində, 2018-ci ildəki ilk görüşlərindən sonra hər iki lider birgə açıqlamasında xalqların sülh prosesinə hazırlanmasına ehtiyac olduğunu bildirdilər. "Məxməri" inqilabdan bəri Paşinyan öz ölkəsində siyasi təzyiq altına düşdü və inqilabla bağlı gözləntilərini doğrulda bilmədi və fikrini dəyişərək əvvəlcədən razılaşdırılmış prinsipləri dəstəkləmədiyini söylədi.

Ermənistan və Azərbaycan arasında mövcud gərginliyə gəldikdə, münaqişəni kimin başlatdığı, ilk atəşin hansı tərəfdən açdığı bilinmir, ancaq hər iki tərəfin ağır silahlardan istifadə etdiyi və zirehli texnikalarını təmas xətti boyu yerləşdirdiyi məlumdur. Sülhdən danışmaq hələ çox tezdir. Zənnimcə, döyüşlər ya Ermənistan Azərbaycanın hərbi əməliyyatlarının qarşısını alana kimi, ya da Azərbaycan geri qaytardığı ərazilərdə mövqelərini tam möhkəmlədənə qədər davam edəcəkdir.

- Cənub Qafqaz regionu, o cümlədən Dağlıq Qarabağ bir çox səbəblərdən hər zaman ABŞ-ın maraq dairəsində olub. Azərbaycandan, Dağlıq Qarabağ yaxınlığından Türkiyəyə, oradan da Avropaya doğru uzanan strateji infrastruktur var. Buraya, əsasən BP tərəfindən idarə olunan enerji, neft və qaz boru kəmərləri, eləcə də, dəmir yolu və avtomobil nəqliyyatı, Əfqanıstan müharibəsi baxımından ABŞ üçün etibarlı hava dəhlizi və onların fiber optik kabelləri daxildir.

Bütün bunları nəzərə alaraq ABŞ-ın regionda müəyyən maraqları olduqlarını deyə bilərik. Lakin Obamanın prezidentliyi dövründə olduğu kimi, Tramp hökuməti də bu gün Dağlıq Qarabağ münaqişəsinə o qədər də diqqət yetirmədiyi görünür. Açığı, düşünürəm ki, Qarabağ əsasən Buş hökumətinin diqqət mərkəzində olub. ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Mink Qrupunda boşluqlar görünür, onlar çox iş görə bilmirlər. Bu səbəbdən, hesab edirəm ki, indiki vəziyyətdə Ermənistanı dəstəkləyən Rusiya və “bir millət və iki dövlət”şüarı altında Azərbaycanı dəstəkləyən Türkiyə bu boşluğu doldura bilər.

Ən son xəbərlər

Beynəlxalq Qızıl Xaç Komitəsi bəyanat yaydı

Dövlət rəsmiləri və diplomatlar Bərdədədir

Türkiyə Cümhuriyyətinin quruluşundan 97 il ötür

Hikmət Hacıyev: “Cəbhədən obyektiv reportaj hazırlayanı təhqir edənlər “Charlie Hebdo”nun təxribatına susur”

İlham Əliyev: "Pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir"

MN: "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib"

Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın 5, Qubadlının 3 kəndi işğaldan azad edildi

988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib

Hikmət Hacıyev: “Düşmən etnik və mədəni təmizləmə törədir”

Bərdəyə raket atılması nəticəsində 19 nəfər ölüb, 60 şəxs yaralanıb

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olanların sayı 14-ə çatdı

MN: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var

İlham Əliyev Ərdoğana məktub yazıb

Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib

Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların yeni görüntüləri yayıldı - VİDEO

Dünyada son bir həftə ərzində koronavirusa rekord yoluxma aşkarlanıb

Düşmənin canlı qüvvəsi və texnikası məhv edilib

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

Türkiyə XİN Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb

663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb