Bakı
20° Buludlu
Non-Stop music
İndi Efirdə 11:05 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9982 AZN

Dövlət Xidməti: Səfərbərliyə cəlb olunanların cəbhəyə yola salınmasına başlanılıb

Dövlət Xidməti: Səfərbərliyə cəlb olunanların cəbhəyə yola salınmasına başlanılıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb.

Dövlət Xidmətindən verilən məlumata görə, qismən səfərbərliyə cəlb edilən Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və bölmələrinə gəlirlər. 

Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha onu göstərir ki, xalqımız işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur və ümumi qələbəmiz naminə nəbzi Vətən ilə vuran Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Sərəncamını təntənə ilə qarşılayır.  

Çoxmillətli ölkəmizdə hər kəs Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilir. Bu gün hər bir çağırışçının dilində əsas şüar bunlardır: “Biz birlikdə güclüyük!”, “Biz zəfər çalacağıq!”. Çünki bizim işimiz haqq işidir.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb edilir, hərbi vəzifəlilərin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün müvafiq tədbirlər uğurla davam etdirilir.

Ən son xəbərlər

Beynəlxalq Qızıl Xaç Komitəsi bəyanat yaydı

Dövlət rəsmiləri və diplomatlar Bərdədədir

Türkiyə Cümhuriyyətinin quruluşundan 97 il ötür

Hikmət Hacıyev: “Cəbhədən obyektiv reportaj hazırlayanı təhqir edənlər “Charlie Hebdo”nun təxribatına susur”

İlham Əliyev: "Pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir"

MN: "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib"

Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın 5, Qubadlının 3 kəndi işğaldan azad edildi

988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib

Hikmət Hacıyev: “Düşmən etnik və mədəni təmizləmə törədir”

Bərdəyə raket atılması nəticəsində 19 nəfər ölüb, 60 şəxs yaralanıb

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olanların sayı 14-ə çatdı

MN: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var

İlham Əliyev Ərdoğana məktub yazıb

Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib

Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların yeni görüntüləri yayıldı - VİDEO

Dünyada son bir həftə ərzində koronavirusa rekord yoluxma aşkarlanıb

Düşmənin canlı qüvvəsi və texnikası məhv edilib

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

Türkiyə XİN Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb

663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb