Bakı
15° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 2.0021 AZN

Rusiya Dövlət Dumasının komitə sədri: “Ermənistan ələ keçirdiyi yeddi rayonu razılığa görə Azərbaycana qaytarmalı idi”

Rusiya Dövlət Dumasının komitə sədri: “Ermənistan ələ keçirdiyi yeddi rayonu razılığa görə Azərbaycana qaytarmalı idi”

“Rusiya bütün tədbirləri görməlidir ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatlar dayandırılsın, insanlar ölməsin, tərəflər danışıqlar prosesinə qayıtsın”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Dağlıq Qarabağdakı vəziyyətə dair bəyanatın qəbulu zamanı çıxış edən Dumanın MDB üzrə Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

“İndi hamı deyir ki, problemi diplomatik danışıqlar yolu ilə həll etmək lazımdır, status-kvonu dəyişmək lazım deyil. Burada mən parlamentarilərimizə, Azərbaycan və Ermənistan parlamentinə müraciət edərək bildirmək istəyirəm ki, biz Dağlıq Qarabağdakı vəziyyətin sabitləşməsi üçün vasitəçilik etməyə hazırıq. Rusiya parlamenti bu təcrübəyə malikdir. 1994-cü ildə atəşkəs haqqında Bişkək protokolunun imzalanması məhz MDB Parlament Assambleyasının sayəsində mümkün olub. Həmin vaxt əldə olunan razılığa görə Ermənistan ələ keçirdiyi yeddi rayonu Azərbaycana qaytarmalı idi. Hər kəs bu torpaqların Azərbaycan ərazisi olduğunu hesab edir. Razılaşmanın üçüncü bəndi məcburi köçkünlərin evlərinə qayıtması və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi, referendum və s. idi. Lakin Rusiya o vaxtkı xarici işlər naziri Kozırev buna maneə oldu. İşğal altındakı ərazilərin geri qaytarılması və məcburi köçkünlərin evlərinə qayıtması, Qarabağın statusu və digər məsələlərin ATƏT-in Minsk qrupuna həvalə edildiyini bildirdi. 30 ildir ki, hər şey göz qabağındadır. Qısası, bu proses dəfn olunub. Bu gün biz sizinlə yenidən Qarabağ münaqişəsi prosesinin əvvəlinə qayıdırıq”, - deyə rusiyalı parlamentari vurğulayıb. Kalaşnikov rəhbərlik etdiyi komitənin hazırladığı bəyanat layihəsində əsas məsələnin Dağlıq Qarabağda müharibənin dayandırılması olduğunu söyləyib: “Bu bəyanatda biz Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilən MDB, Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası və digər beynəlxalq təşkilatlara da müraciət etmişik”.

Ən son xəbərlər

Mehriban Əliyeva Azərbaycan Ordusunun növbəti qələbəsi münasibəti ilə xalqı təbrik edib

Azərbaycan Prezidenti: "Biz Böyük Qayıdışın astanasındayıq"

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

Zəngilana Azərbaycan bayrağı sancıldı

Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

Dövlət başçısı: "Böyük qayıdış astanasındayıq"

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpasına başlanılır - RƏSMİ

DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

Ceyhun Bayramovla Mustafa Şəntop arasında görüş keçirilir

TBMM sədri Mustafa Şentop Gəncəyə səfər edəcək

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib

MN: Qubadlı-Zəngilan istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. 

“KTMT-yə üzv ölkələrin başqa ölkələrə güc tətbiq etməkdən çəkinməklə bağlı öhdəliyi var”

“Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı” - Lavrov

Daha 331 yeni yoluxma faktı qeydə alınıb

Ermənilərin atdığı raketin qalıqları Bakı-Novorossiysk neft kəmərinin keçdiyi əraziyə səpələnib - RƏSMİ

Son 20 gündə İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri 321 min nəfər artıb

İrandan Ermənistana sonuncu XƏBƏRDARLIQ

MN: Göygöldə mövqelərimiz atəşə tutulur