Bakı
15° Buludlu
Non-Stop music
İndi Efirdə 11:05 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0141 AZN

İlham Əliyev: "Əgər ermənilər bizə hücum etsələr, peşman olacaqlar"

İlham Əliyev: "Əgər ermənilər bizə hücum etsələr, peşman olacaqlar"

"Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Prezident bildirib ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb: "Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər. Onlar bunu nümayiş etdirirlər, televiziya vasitəsilə göstərirlər, internetdə göstərirlər. Faktiki olaraq, beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər. Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər.

Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm".

Ən son xəbərlər

“Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”

Zelenski Qara dənizdə Ukraynaya məxsus iki yeni hərbi baza tikiləcəyini bildirib

Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib

Mehriban Əliyeva Azərbaycan Ordusunun növbəti qələbəsi münasibəti ilə xalqı təbrik edib

Azərbaycan Prezidenti: "Biz Böyük Qayıdışın astanasındayıq"

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

Zəngilana Azərbaycan bayrağı sancıldı

Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

Dövlət başçısı: "Böyük qayıdış astanasındayıq"

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpasına başlanılır - RƏSMİ

DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

Ceyhun Bayramovla Mustafa Şəntop arasında görüş keçirilir

TBMM sədri Mustafa Şentop Gəncəyə səfər edəcək

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib

MN: Qubadlı-Zəngilan istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. 

“KTMT-yə üzv ölkələrin başqa ölkələrə güc tətbiq etməkdən çəkinməklə bağlı öhdəliyi var”

“Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı” - Lavrov

Daha 331 yeni yoluxma faktı qeydə alınıb

Ermənilərin atdığı raketin qalıqları Bakı-Novorossiysk neft kəmərinin keçdiyi əraziyə səpələnib - RƏSMİ