Bakı
15° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 2.0021 AZN

İsrail karantini sərtləşdirir

İsrail karantini sərtləşdirir

İsrail hökuməti bu gün bir həftə əvvəl koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantinin sentyabrın 25-dən etibarən iki həftəlik müddətə sərtləşdirilməsini təsdiqləyib.

Bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat verib.

Bildirilib ki, sentyabrın 25-dən oktyabrın ikinci ongünlüyünə qədər yalnız ərzaq mağazaları və apteklər, eləcə də istehsal dövrü dayandırıla bilməyən sənaye müəssisələri işləyəcək. Etiraz aksiyaları və küçə duaları yalnız insanların yaşayış yerlərindən 1 km-dən çox olmayan məsafədə, 20 nəfərlik xüsusi “kapsulalarda” yerləşdikdə edilə bilər.

Karantinin sərtləşdirilməsi məsələsinin təsdiqlənməsi üçün bu gün Knessetə (ölkə parlamenti) təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, sentyabrın 18-də İsraildə bu il artıq ikinci karantin dövrü başlayıb. Birinci dövr mart-may aylarında qüvvədə olub, lakin əksər məhdudiyyətlərin ləğvindən sonra koronavirusa yoluxma hallarının sayında yenidən artım başlayıb. İyunun 6-da 160, iyulun 2-də təxminən 1 000, avqustun 5-də 2 000-dən çox, sentyabrın 17-də 6 000-dən çox, sentyabrın 23-də isə 7 000-ə yaxın yoluxma qeydə alınıb.

Ən son xəbərlər

Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib

Mehriban Əliyeva Azərbaycan Ordusunun növbəti qələbəsi münasibəti ilə xalqı təbrik edib

Azərbaycan Prezidenti: "Biz Böyük Qayıdışın astanasındayıq"

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

Zəngilana Azərbaycan bayrağı sancıldı

Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

Dövlət başçısı: "Böyük qayıdış astanasındayıq"

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpasına başlanılır - RƏSMİ

DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

Ceyhun Bayramovla Mustafa Şəntop arasında görüş keçirilir

TBMM sədri Mustafa Şentop Gəncəyə səfər edəcək

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib

MN: Qubadlı-Zəngilan istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. 

“KTMT-yə üzv ölkələrin başqa ölkələrə güc tətbiq etməkdən çəkinməklə bağlı öhdəliyi var”

“Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı” - Lavrov

Daha 331 yeni yoluxma faktı qeydə alınıb

Ermənilərin atdığı raketin qalıqları Bakı-Novorossiysk neft kəmərinin keçdiyi əraziyə səpələnib - RƏSMİ

Son 20 gündə İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri 321 min nəfər artıb

İrandan Ermənistana sonuncu XƏBƏRDARLIQ