Bakı
20° Buludlu
MAŞINDA
İndi Efirdə 12:05 - 13:00 Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9982 AZN

“Jurnalistika”ya qabiliyyət imtahanının nəticələri açıqlanıb

“Jurnalistika”ya qabiliyyət imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün sentyabrın 11-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.

Mərkəzdən verilən məlumata görə, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər.

İmtahanda iştirak etmək hüququ qazanmış 962 abituriyentdən 239 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 648 nəfər “məqbul” qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi sentyabrın 20-dək davam edəcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 17 sentyabrdan etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 16 sentyabrda DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Ən son xəbərlər

Beynəlxalq Qızıl Xaç Komitəsi bəyanat yaydı

Dövlət rəsmiləri və diplomatlar Bərdədədir

Türkiyə Cümhuriyyətinin quruluşundan 97 il ötür

Hikmət Hacıyev: “Cəbhədən obyektiv reportaj hazırlayanı təhqir edənlər “Charlie Hebdo”nun təxribatına susur”

İlham Əliyev: "Pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir"

MN: "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib"

Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın 5, Qubadlının 3 kəndi işğaldan azad edildi

988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib

Hikmət Hacıyev: “Düşmən etnik və mədəni təmizləmə törədir”

Bərdəyə raket atılması nəticəsində 19 nəfər ölüb, 60 şəxs yaralanıb

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olanların sayı 14-ə çatdı

MN: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var

İlham Əliyev Ərdoğana məktub yazıb

Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib

Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların yeni görüntüləri yayıldı - VİDEO

Dünyada son bir həftə ərzində koronavirusa rekord yoluxma aşkarlanıb

Düşmənin canlı qüvvəsi və texnikası məhv edilib

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

Türkiyə XİN Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb

663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb