Bakı
15° Buludlu
Non-Stop music
İndi Efirdə 11:05 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9982 AZN

Sərnişin sayı azalarsa, ekspres xətlərin fəaliyyəti dayandırılacaq

Sərnişin sayı azalarsa, ekspres xətlərin fəaliyyəti dayandırılacaq

Metroda sərnişindaşımaların bərpa olunmasına baxmayaraq əvvəlcədən də bildirdiyimiz kimi ekspres xətlər üzrə avtobuslarla daşımalar davam etdirilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bu qərar həm mövcud epidemioloji vəziyyət həm də sərnişinlərimizdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq verilib: “Hazırda isə bu xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı isə tələbata uyğun olaraq tənzimlənir. Eyni zamanda qeyd edim ki, ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcək. Sərnişin axınında azalma müşahidə olunarsa, bu xətlərin fəaliyyəti dayandırılacaq”.

 

M.Ağayev xatırladıb ki, 9 may tarixində metronun fəaliyyətə başlaması ilə ekspres xətlərə tələbat tədricən 84 %-dək azaldı:

 

“Həmin vaxt ekspres xətlərin fəaliyyətinin dayandırılmasından sonra qısa vaxtda ən çox şikayət olunan 3 xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olundu. Metronun fəaliyyətinin məhdudlaşdırılması bildiyiniz kimi ekspres xətlərin bərpası zərurətini ortaya çıxardı və marşrut xətlərinin yenilənməsi prosesi müvəqqəti olaraq dayandırıldı. Lakin artıq qeyd etdiyim kimi bu istiqamətdə işlər qaldığı nöqtədən davam edəcək. Tədricən ekspres xətlərdən çıxarılacaq avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq."

 

Metronun fəaliyyət göstərmədiyi 6 iyul-11 sentyabr tarixlərində bildiyiniz kimi sərnişindaşımaları yalnız avtobuslarla icra olunurdu.

 

BNA rəsmisi qeyd edib ki, ötən 72 gündə müntəzəm və ekspres xətlər üzrə ümumilikdə 72.500.000-dən artıq sərnişin səfər sayı qeydə alınıb:

Ən son xəbərlər

Türkiyə Cümhuriyyətinin quruluşundan 97 il ötür

Hikmət Hacıyev: “Cəbhədən obyektiv reportaj hazırlayanı təhqir edənlər “Charlie Hebdo”nun təxribatına susur”

İlham Əliyev: "Pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir"

MN: "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib"

Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın 5, Qubadlının 3 kəndi işğaldan azad edildi

988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib

Hikmət Hacıyev: “Düşmən etnik və mədəni təmizləmə törədir”

Bərdəyə raket atılması nəticəsində 19 nəfər ölüb, 60 şəxs yaralanıb

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olanların sayı 14-ə çatdı

MN: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var

İlham Əliyev Ərdoğana məktub yazıb

Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib

Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların yeni görüntüləri yayıldı - VİDEO

Dünyada son bir həftə ərzində koronavirusa rekord yoluxma aşkarlanıb

Düşmənin canlı qüvvəsi və texnikası məhv edilib

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

Türkiyə XİN Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb

663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Dünyanın 10 zəngin şəxsi xeyli ziyan çəkib

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb