Bakı
15° Buludlu
Non-Stop music
İndi Efirdə 11:05 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9982 AZN

Sabahdan uşaq bağçaları açılır

Sabahdan uşaq bağçaları açılır

Sabahdan, sentyabrın 15-dən Azərbaycanda dövlət və özəl uşaq bağçaları fəaliyyətini bərpa edir. 

Lakin bu qərar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı təlim-tərbiyyə müəssisələrinə aid deyil.

Baş Nazir Əli Əsədovun “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarda etdiyi dəyişikliyə görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı dövlət və özəl uşaq bağçaları oktyabrın 1-də açılacaq. 

Bu, adıçəkilən iki şəhər və bir rayonda əhalinin sayı və sıxlığının daha yüksək olması, bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.

Eyni zamanda, bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılma, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunub. Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu ilin mart ayının 3-də ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyyə prosesi dayandırılmışdı. 

Ən son xəbərlər

Hikmət Hacıyev: “Cəbhədən obyektiv reportaj hazırlayanı təhqir edənlər “Charlie Hebdo”nun təxribatına susur”

İlham Əliyev: "Pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir"

MN: "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib"

Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın 5, Qubadlının 3 kəndi işğaldan azad edildi

988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib

Hikmət Hacıyev: “Düşmən etnik və mədəni təmizləmə törədir”

Bərdəyə raket atılması nəticəsində 19 nəfər ölüb, 60 şəxs yaralanıb

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olanların sayı 14-ə çatdı

MN: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var

İlham Əliyev Ərdoğana məktub yazıb

Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib

Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların yeni görüntüləri yayıldı - VİDEO

Dünyada son bir həftə ərzində koronavirusa rekord yoluxma aşkarlanıb

Düşmənin canlı qüvvəsi və texnikası məhv edilib

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

Türkiyə XİN Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb

663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Dünyanın 10 zəngin şəxsi xeyli ziyan çəkib

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Azərbaycan səfirliyi Türkiyədəki terror cəhdini pislədi