Bakı
15° Buludlu
Non-Stop music
İndi Efirdə 10:05 - 11:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9982 AZN

Bakı metrosundan istifadə şərtləri açıqlandı

Bakı metrosundan istifadə şərtləri açıqlandı

“Bakı Metropoliteni” QSC sərnişinlərə müraciət edib.

Müraciərdə sentyabrın 14-də metro açıldıqdan sonra ondan istifadə şərtləri açıqlanıb. 

Şərtlər aşağıdakılardır:

Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunur. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.

- Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

- Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunacaq.

- Əlil arabalarından istifadə edən sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək.

“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskalardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir. Tibbi maska taxmadan metropolitendən istifadə qadağandır! Sərnişinlərin diqqətinə çatdırılır ki, tibbi maska ağız və burun boşluğunu tam örtməlidir.

- Tibbi maskadan istifadə olunmamasına görə müvafiq qaydada inzibati məsuliyyət tətbiq edilir.

- Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan istifadə etməsi tələb olunacaq.

- Stansiyalara daxil olan sərnişinlərin hərarəti, seçmə qaydada olmaqla, müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq.

- Sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırılması üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq, zərurət yarandığı halda, sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunub.

- Bakı metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılıb.

- Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilər qoyulacaq. Bunu nəzərə alaraq, sərnişinlərdən stansiyalara daxil olarkən tibbi maskadan düzgün istifadə etməklə sosial məsafə saxlamaları və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

- Stansiya və qatarların dezinfeksiya olunması əvvəlki qaydada müəyyən edilmiş qrafik üzrə təmin ediləcək.

Ən son xəbərlər

Hikmət Hacıyev: “Cəbhədən obyektiv reportaj hazırlayanı təhqir edənlər “Charlie Hebdo”nun təxribatına susur”

İlham Əliyev: "Pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir"

MN: "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib"

Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın 5, Qubadlının 3 kəndi işğaldan azad edildi

988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib

Hikmət Hacıyev: “Düşmən etnik və mədəni təmizləmə törədir”

Bərdəyə raket atılması nəticəsində 19 nəfər ölüb, 60 şəxs yaralanıb

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olanların sayı 14-ə çatdı

MN: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var

İlham Əliyev Ərdoğana məktub yazıb

Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib

Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların yeni görüntüləri yayıldı - VİDEO

Dünyada son bir həftə ərzində koronavirusa rekord yoluxma aşkarlanıb

Düşmənin canlı qüvvəsi və texnikası məhv edilib

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

Türkiyə XİN Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb

663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Dünyanın 10 zəngin şəxsi xeyli ziyan çəkib

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Azərbaycan səfirliyi Türkiyədəki terror cəhdini pislədi