Bakı
15°
Non-Stop music
İndi Efirdə 10:05 - 11:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0021 AZN

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli, 493s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul Planına əsasən, 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib.

AMEA-dan bildirilib ki, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 14 sentyabr - 7 oktyabr 2020-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Ən son xəbərlər

TBMM sədri Mustafa Şentop Gəncəyə səfər edəcək

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib

MN: Qubadlı-Zəngilan istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. 

“KTMT-yə üzv ölkələrin başqa ölkələrə güc tətbiq etməkdən çəkinməklə bağlı öhdəliyi var”

“Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı” - Lavrov

Daha 331 yeni yoluxma faktı qeydə alınıb

Ermənilərin atdığı raketin qalıqları Bakı-Novorossiysk neft kəmərinin keçdiyi əraziyə səpələnib - RƏSMİ

Son 20 gündə İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri 321 min nəfər artıb

İrandan Ermənistana sonuncu XƏBƏRDARLIQ

MN: Göygöldə mövqelərimiz atəşə tutulur

Baş Prokurorluqdan Qarabağa gələn xarici ölkə vətəndaşlarına MÜRACİƏT - VİDEO

MN: “Təsdiqlənməmiş məlumatların yayılması hərbi qulluqçularımızın həyatını təhlükəyə atır”

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

DİN vətəndaşları komendant saatı qaydalarına riayət etməyə çağırıb

Hikmət Hacıyev: "5 bölgəyə 229 mərmi atılıb"

Düşmən taborunun qərargah rəisi, xeyli canlı qüvvəsi məhv edilib

Prezident DSX rəisini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib

Azərbaycan Prezidenti: "Cəbrayılın 13 kəndi azad edilib"

“Denən ki, sabah burdan çıxıram, dayanarıq”

Türkiyə XİN başçısından Gəncədəki terrorla bağlı açıqlama

Azərbaycan Prezidenti: “Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz”