Bakı
12° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0103 AZN

Hikmət Babayev işdən çıxarılıb. 

Hikmət Babayev işdən çıxarılıb. 

Bakı Nəqliyyat Agentliyinin hüquq şöbəsinin müdiri Hikmət Babayev işdən çıxarılıb. 

Bunu  Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. 

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin 2 gün əvvəl efirdə səsləndirdiyi “taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikirləri böyük etiraza səbəb olub.

Məsələ ilə BNA-nın açıqlama yayıb. Açıqlamada bildirilir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan taksi fəaliyyətinin tənzimlənməsinə dair layihə təklif xarakterli olub və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədini güdür: “Layihənin həyata keçirilməsi nəticəsində sərnişin təhlükəsizliyinin, sağlamlığının və rahatlığının daha yüksək səviyyədə təmin edilməsi, eyni zamanda, taksi sürücülərinin əmək şəraitlərinin yaxşılaşdırılması, sosial rifahının və gəlirlərinin artması, taksi fəaliyyətinə peşə kimi münasibətin formalaşdırılması, dempinqin üzərində qurulmuş rəqabətin keyfiyyət üzərində qurulmuş rəqabət ilə əvəzlənməsi, şəffaflığın təmin edilməsi, dövlət nəzarətinin gücləndirilməsi kimi məsələlərin həlli nəzərdə tutulur.  Bununla da Nazirlər Kabinetinin 73 saylı qərarla müəyyən edilən tələblərin icrası təmin ediləcək: "Qeyd edək ki, son günlər bazar iştirakçıları və vətəndaşlar tərəfindən layihə ilə bağlı çoxsaylı müraciətlər daxil olub və təkliflər irəli sürülüb. Bildiririk ki, Bakı Nəqliyyat Agentliyi daxil olan rəy və təkliflər də nəzərə almaqıla layihənin üzərində yenidən iş aparılmasını qərara alıb. Bakı Nəqliyyət Agentliyi şöbə müdiri Hikmət Babayev tərəfindən verilən açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirir və onunla bağlı müvafiq inzibati tədbirlərinin həyata keçirildiyini bəyan edirik".

 

Ən son xəbərlər

663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Dünyanın 10 zəngin şəxsi xeyli ziyan çəkib

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Azərbaycan səfirliyi Türkiyədəki terror cəhdini pislədi

MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

XİN Ermənistanın uşaqları döyüşçü kimi istifadə etməsinə münasibət bildirdi

Separatçıların “müdafiə naziri” yaralanıb

Ərdoğan: "Terrora və onun tərəfdarlarına qarşı mübarizəmizi davam etdirəcəyik"

Düşmən xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

Torpaqları azadetmə əməliyyatlarının başlamasından bir ay ötür

Son sutkada 527 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

Azərbaycan Prezidenti: “Kim verib sənə bu qədər silahı, niyə soruşan yoxdur?”

Kremldən ABŞ-ın Dağlıq Qarabağda atəşkəs bəyanatına münasibət...

Prezident xalqa müraciət edir - CANLI

Prezidentin köməkçisindən ermənilərin yeni hərbi təxribatları barədə XƏBƏRDARLIQ

Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım etdi

XİN məlumat yayıb

İlham Əliyev: “Həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir”

Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək

İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq