Bakı
17° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8799 AZN

Qubada meşə-kolluq ərazidə yanğın davam edir - YENİLƏNİB

Qubada meşə-kolluq ərazidə yanğın davam edir - YENİLƏNİB

Qubada meşə-kolluq ərazidə yanğın davam edir.

 Yanğın rayonun Zərqava inzibati ərazi dairəsi ərazisindəki meşə-kolluq ərazidə başlayıb.

Əraziyə FHN-in Quba Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub. 

Yanğın təxminən 10 hektara yaxın ərazini əhatə edir.

Xatırladaq ki, Zərqova İnzibati ərazi dairəsində ötən il də analoji yanğın hadisəsi baş verib.

****

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğın meşə fondu ərazisində deyil, Quba və Şabran rayonları arasındakı bələdiyyə fonduna aid torpaqlarda müşahidə olunur.

O deyib: "Lakin buna baxmayaraq, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının bütün əməkdaşları ərazidədir və yanğının söndürülməsi üçün səfərbər olunub".