Bakı
26° Buludlu
Bizon Time
İndi Efirdə 15:05 - 16:00 Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 2.0142 AZN

Özəl sektora yeni maliyyə dəstəyi

Özəl sektora yeni maliyyə dəstəyi

Azərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir.

Qeyd etmək lazımdır ki, birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqust ayının 10-dək qəbul ediləcək.

Məlumat üçün bildiririk ki, pandemiyanın biznesə təsirləri ilə bağlı avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlarla onlayn görüşü keçiriləcək. Görüşdə yeni şəraitdə biznesin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, pandemiyanın sahibkarlığa mənfi təsirlərinin aradan qaldırılması yolları müzakirə ediləcək, özəl sektorun təklifləri dinləniləcək, sualları cavablandırılacaq.

Sahibkarlardan qeyd edilən məsələlər barədə təkliflərini 6 avqust saat 18:00-dək teklif@economy.gov.az elektron ünvanına göndərmələri xahiş olunur.

Ən son xəbərlər

İsrail bu gündən üç həftəlik sərt karantin rejiminə keçir

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Operativ Qərargah: Şəkidə bazar 3 günlük bağlanıb

Bu gün Milli Musiqi Günüdür

Moskvada koronavirusla bağlı son statistika

"OPEC+" əvvəlki aylarda neft hasilatını səmərəsiz azaldan ölkələrdən kompensasiya tələb etməyəcək

119 nəfər COVID-19-a yoluxub, 140 nəfər sağalıb, 2 nəfər vəfat edib

Gürcüstanda deputatlar narkoloji yoxlamadan keçiriləcək

Kiyev-Bakı aviareysi bərpa oluna bilər

Vilayət Eyvazov sıra baxışı keçirib

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir

Şikayətçilərin zibili daşındı

Tramp ABŞ-da COVID-19 peyvəndinin oktyabrda paylanacağını bildirib

BMT Baş Katibi: “Koronavirus epidemiyası nəzarətdən cıxıb”

141 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb, 3 nəfər vəfat edib

İsraildə sabahdan məktəblər bağlanır

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

Azərbaycanda mәşğul әhalinin sayı azalıb

Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər

Səfir: "Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da elə Vətəndir"

Pirallahıda yolların yenidən qurulması üçün 1.4 milyon manat ayrılıb - SƏRƏNCAM