Bakı
26° Buludlu
Non-Stop music
İndi Efirdə 14:05 - 15:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0142 AZN

Prezident İlham Əliyev deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Prezident İlham Əliyev deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Prezident İlham Əliyev deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

Nekroloqda deyilir:

“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat etmişdir. 

Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur.

Fəttah Heydərov 1955–1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958–1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966–1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970–1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır.

Fəttah Heydərov 1976–1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978–1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur.

1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990–1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır. Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fəttah Heydərov böyük nüfuza malik el ağsaqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir.

Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” və 2018-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim və səmimi insan Fəttah Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Əli Əhmədov

Eldar Əzizov

Ziyad Səmədzadə

Eldar İbrahimov

Əhliman Əmiraslanov

Teymur Bünyadov

Sudeif İmamverdiyev

Ən son xəbərlər

İsrail bu gündən üç həftəlik sərt karantin rejiminə keçir

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Operativ Qərargah: Şəkidə bazar 3 günlük bağlanıb

Bu gün Milli Musiqi Günüdür

Moskvada koronavirusla bağlı son statistika

"OPEC+" əvvəlki aylarda neft hasilatını səmərəsiz azaldan ölkələrdən kompensasiya tələb etməyəcək

119 nəfər COVID-19-a yoluxub, 140 nəfər sağalıb, 2 nəfər vəfat edib

Gürcüstanda deputatlar narkoloji yoxlamadan keçiriləcək

Kiyev-Bakı aviareysi bərpa oluna bilər

Vilayət Eyvazov sıra baxışı keçirib

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir

Şikayətçilərin zibili daşındı

Tramp ABŞ-da COVID-19 peyvəndinin oktyabrda paylanacağını bildirib

BMT Baş Katibi: “Koronavirus epidemiyası nəzarətdən cıxıb”

141 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb, 3 nəfər vəfat edib

İsraildə sabahdan məktəblər bağlanır

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

Azərbaycanda mәşğul әhalinin sayı azalıb

Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər

Səfir: "Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da elə Vətəndir"

Pirallahıda yolların yenidən qurulması üçün 1.4 milyon manat ayrılıb - SƏRƏNCAM