Bakı
17° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8799 AZN

6 ayın boşanma statistikası - 8257 ailə dağılıb

6 ayın boşanma statistikası - 8257 ailə dağılıb
Bu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma halları qeydə alınıb. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Cari ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi  Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 911 nəfər gələn, Azərbaycandan isə 735 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 176 nəfər təşkil edib.