Bakı
28° Buludlu
Non-Stop music
İndi Efirdə 17:05 - 18:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0083 AZN

Kanye Uest ABŞ prezidenti postuna namizədliyini qeydiyyatdan keçirib

Kanye Uest ABŞ prezidenti postuna namizədliyini qeydiyyatdan keçirib

Amerikalı rep ifaçısı Kanye Uest Oklahoma ştatının Seçki Komissiyasında ABŞ prezidenti postuna namizədliyini qeydiyyatdan keçirib.

AZƏRTAC ABŞ telekanallarına istinadla xəbər verir ki, bu barədə yerli Seçki Komissiyasının məlumatında deyilir.

İyul ayının 15-i Oklahoma ştatında müstəqil namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərin təqdim olunmasının son günü idi. Kanye Uest lazım olan sənədləri quruma təqdim edib və 35 min dollarlıq qeydiyyat rüsumunu ödəyib. Seçki Komissiyasının saytında yerləşdirilən məlumata əsasən, reper BDY (“Ad günü partiyası” və ya “Ad günü münasibəti ilə şənlik” kimi tərcümə edilən Birthday Party) partiyasını təmsil etdiyini deyib.

Associated Press agentliyi pianoçu Ceyd Simmons və biznesmen Brok Pirsin də Oklahoma ştatından müstəqil namizəd qismində qeydiyyatdan keçdiyini yazıb.

İyulun 4-də Kanye Uest özünün “Twitter” səhifəsində müstəqil namizəd qismində Birləşmiş Ştatların prezidenti postuna namizədliyini irəli sürməyə hazırlaşdığı barədə məlumat yaymışdı. Müğənni, həmçinin “Forbes” jurnalına müsahibəsində əvvəllər Donald Trampın tərəfdarı olsa da, artıq onu dəstəkləmədiyini bildirmişdi.

“Forbes” jurnalı aprel ayında ABŞ-ın ən populyar rep ifaçılarından biri, 20-dən çox “Grammy” mükafatının sahibi Kanye Uesti milyarderlər siyahısına salıb. Onun varidatı təxminən 1,3 milyard dollar həcmində qiymətləndirilir.

Xatırladaq ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Ali dövlət postuna demokratların namizədinin sabiq vitse-prezidenti Cozef Bayden, respublikaçıların namizədinin isə Donald Tramp olacağı gözlənilir.

Ən son xəbərlər

129 yeni yoluxma 4 ölüm

Türkiyədə karantin rejimi yenidən sərtləşdirilir

Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub

Avqustun 21-də Məhərrəm ayı başlayacaq

Güzəştli mənzillərin növbəti satışı keçiriləcək

Ölkə üzrə COVID-19-a yoluxmanın statistikası açıqlanıb.

Rusiyada koronavirus preparatı patentləşdirildi

Tramp “TikTok”u qadağan edən fərman imzaladı

435 nəfər COVID-19-dan sağalıb, 144 nəfər yoluxub, 3 nəfər vəfat edib

Prezident: “Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin”

Ermənilərin Tovuzu atəşə tutması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 1 milyon manat vəsait ayrılıb

Büdcəyə dəyişiklik layihəsi II oxunuşdan da keçdi

DMX Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşlarına müraciət edib

Azərbaycanda "Facebook" auditoriyasının fəallığı artıb

Deputat: "Qeyri-ərzaq mağazalarını bağlayıb, təkcə ərzaq mağazalarını açmaq düzgün deyil"

Bezos 7,2 milyard dollar dəyərində Amazon səhmlərini satıb

Sahibkarlardan gələn ilə qədər dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla əlaqədar icarə haqqı alınmayacaq

492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib

Ramin Bayramlı: "Açılan modul tipli xəstəxanalardan yalnız 5-dən istifadə etmişik"

Özəl sektora yeni maliyyə dəstəyi

Ölkədə çimərliklər açılır