Bakı
28° Buludlu
Non-Stop music
İndi Efirdə 18:05 - 19:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0083 AZN

İlham Əliyev: “Ermənistan yeni təxribatlar törədə bilər”

İlham Əliyev: “Ermənistan yeni təxribatlar törədə bilər”

Bölgədə gedən prosesləri və son hadisələri nəzərə alaraq biz öz hərbi xərclərimizə də yenidən baxmalıyıq. İstisna edilmir ki, Ermənistan onlara vurulmuş böyük zərbədən və məruz qaldığı vəziyyətdən istifadə edərək, bundan bəhanə düzəldərək növbəti təxribata əl atsın - bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

“Onu da bildirməliyəm ki, mənə verilən operativ məlumata görə, Qarabağ bölgəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən fəallaşma müşahidə olunur. Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir və bundan sonra da nəzarət edəcək. İstisna edilmir ki, yeni təxribatlar törədilə bilər.

Ona görə biz həm hərbi xərclərimizə yenidən baxmalıyıq və xüsusilə, gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir. Mən demişəm, ordumuzun inkişafı üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Beləliklə, bugünkü iclas bağlı elan olunur. Verilən bütün tapşırıqlar yerinə yetirilməlidir. Əminəm ki, ilin sonuna qədər biz öz məqsədimizə çatıb bu ili də uğurla başa vuracağıq”-deyə, Dövlət başçısı vurğulayıb.

Ən son xəbərlər

129 yeni yoluxma 4 ölüm

Türkiyədə karantin rejimi yenidən sərtləşdirilir

Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub

Avqustun 21-də Məhərrəm ayı başlayacaq

Güzəştli mənzillərin növbəti satışı keçiriləcək

Ölkə üzrə COVID-19-a yoluxmanın statistikası açıqlanıb.

Rusiyada koronavirus preparatı patentləşdirildi

Tramp “TikTok”u qadağan edən fərman imzaladı

435 nəfər COVID-19-dan sağalıb, 144 nəfər yoluxub, 3 nəfər vəfat edib

Prezident: “Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin”

Ermənilərin Tovuzu atəşə tutması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 1 milyon manat vəsait ayrılıb

Büdcəyə dəyişiklik layihəsi II oxunuşdan da keçdi

DMX Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşlarına müraciət edib

Azərbaycanda "Facebook" auditoriyasının fəallığı artıb

Deputat: "Qeyri-ərzaq mağazalarını bağlayıb, təkcə ərzaq mağazalarını açmaq düzgün deyil"

Bezos 7,2 milyard dollar dəyərində Amazon səhmlərini satıb

Sahibkarlardan gələn ilə qədər dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla əlaqədar icarə haqqı alınmayacaq

492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib

Ramin Bayramlı: "Açılan modul tipli xəstəxanalardan yalnız 5-dən istifadə etmişik"

Özəl sektora yeni maliyyə dəstəyi

Ölkədə çimərliklər açılır