Bakı
22° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0195 AZN

Naxçıvanda koronavirusa yoluxma qeydə alınmadı

Naxçıvanda koronavirusa yoluxma qeydə alınmadı

Ölkə üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür.

Bu barədə statistika TƏBİB-in koronavirusinfo.az saytında təqdim etdiyi son məlumatda əksini tapıb. 

Belə ki, Bakı ilə yanaşı, koronavirusa yoluxma faktlarının 16,3%-i Abşeronun, 8,4%-i isə Gəncə-Qazax bölgəsinin payına düşür. 

Eyni zamanda, koronavirusa yoluxmaların 7,5 faizi Aran zonasında, 5,8 faizi Lənkəran rayonunda, 1,6 faizi Quba-Xaçmaz zonasında, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Dağlıq Şirvan zonasında, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində qeydə alınıb.

Ümumilikdə, əvvəlki rəqəmlərlə müqayisədə yoluxma sayında nisbətən azalma müşahidə edilir. Lakin qrafikdə bu dəfə Naxçıvan Muxtar Respublikasında heç bir yoluxma faktının qeydə alınmadığı göstərilib. Bundan başqa, Bakı üzrə koronavirusa ən çox yoluxma faktı Binəqədi rayonunda (paytaxt üzrə yoluxanların 12,8 faizi) qeydə alınıb. Ardıcıllığa əsasən, növbəti sıralarda 12,4 faizlə Yasamal, 11,9 faizlə Xətai, 11,8 faizlə Sabunçu, 10,4 faizlə Nəsimi, 8,8 faizlə Nərimanov, 8,7 faizlə Suraxanı, 8,2 faizlə Nizami, 5,7 faizlə Qaradağ, 4,7 faizlə Səbail, 4,2 faizlə Xəzər rayonu yer alır. Koronavirusa yoluxma faktı üzrə ən aşağı göstərici isə Pirallahı rayonunda (paytaxt üzrə yoluxanların cəmi 0,3 faizi) qeydə alınıb.

 

Aktiv halların ərazi üzrə bölgüsünə görə, Bakıda xəstələrin 57 faizinin, Sumqayıtda 15 faizinin, Abşeronda 6 faizinin, Gəncədə 3 faizinin, Cəlilabadda 2 faizinin, Lənkəranda, Masallıda və Yevlaxda 1%-nin, digər regionlarda isə ümumi olaraq 14 faizinin müalicəsi davam etdirilir. 

Ümumi olaraq, ölkə üzrə koronavirusa yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.

Ən son xəbərlər

435 nəfər COVID-19-dan sağalıb, 144 nəfər yoluxub, 3 nəfər vəfat edib

Prezident: “Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin”

Ermənilərin Tovuzu atəşə tutması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 1 milyon manat vəsait ayrılıb

Büdcəyə dəyişiklik layihəsi II oxunuşdan da keçdi

DMX Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşlarına müraciət edib

Azərbaycanda "Facebook" auditoriyasının fəallığı artıb

Deputat: "Qeyri-ərzaq mağazalarını bağlayıb, təkcə ərzaq mağazalarını açmaq düzgün deyil"

Bezos 7,2 milyard dollar dəyərində Amazon səhmlərini satıb

Sahibkarlardan gələn ilə qədər dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla əlaqədar icarə haqqı alınmayacaq

492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib

Ramin Bayramlı: "Açılan modul tipli xəstəxanalardan yalnız 5-dən istifadə etmişik"

Özəl sektora yeni maliyyə dəstəyi

Ölkədə çimərliklər açılır

XİN: Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb

Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq

Bu gün Milli Məclisin ilk plenar iclası keçiriləcək

İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi

Bakının mərkəzindən ətraf qəsəbələr də daxil olmaqla, beş ekspres xətt təşkil olunacaq

588 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib

Prezident İlham Əliyev deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Bakıda istifadəyə yararlı çimərliklər açıqlanıb