Bakı
22° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0195 AZN

Azərbaycanlı tələbələr dövlət xətti ilə daha çox bu ölkələrdə təhsil almağa üstünlük verirlər

Azərbaycanlı tələbələr dövlət xətti ilə daha çox bu ölkələrdə təhsil almağa üstünlük verirlər

Bu tədris ili ərzində 807 azərbaycanlı tələbə xarici ölkələrdə dövlət xətti ilə təhsil alıb.

2013-2014-cü tədris ilində xaricdə Azərbaycan vətəndaşı olan 3035 tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci ildə bu rəqəm 1800-ə, 2018-2019-cu tədris ilində isə bu say daha da azalaraq 751-ə enib. 2019-2020-ci ildə bu say yenidən artaraq 807-yə yüksəlib.

Azərbaycan vətəndaşları dövlət xətti ilə təhsil almaq üçün daha çox Türkiyənin ali təhsil müəssisələrini seçirlər. Ötən müddətə baxdıqda görmək olar ki, bu ölkədə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı təxminən 2 dəfə azalsa da, ümumilikdə hazırda Türkiyə azərbaycanlı tələbələrin dövlət xətti ilə təhsil aldığı ən əsas ölkədir.

2013-2014-cü ildə Türkiyədə 1024 azərbaycanlı tələbə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəm 569, 2018-2019-cu tədris ilində 243, 2019-2020-ci ildə 237 nəfər olub.

Azərbaycan vətəndaşlarının dövlət xətti ilə təhsil almaq üçün üstünlük verdiyi 2-ci ölkə Rusiyadır. 2013-2014-cü ildə Rusiyada 377 azərbaycanlı tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəm 215-ə, 2018-2019-cu tədris ilində 184-ə enib. 2019-2020-ci tədris ilində Rusiyada 197 azərbaycanlı təhsil alıb.

Bu tədris ilində Macarıstanda dövlət xətti ilə təhsil alan Azərbaycan tələbələrinin sayı dəfələrlə artıb. Ötən tədris ilində Macarıstanda 1 nəfər dövlət xətti ilə təhsil aldığı halda, 2019-2020-ci tədris ilində bu say 178-ə yüksəlib.

Azərbaycan vətəndaşları təhsil almaq üçün daha sonra Böyük Britaniya, Almaniya, Kanada, Niderland və digər Avropa ölkələrini seçirlər.

Bu tədris ili üzrə olan məlumata görə isə Böyük Britaniyada dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 31, Çində 62, Almaniyada 17, Kanadada 30, Belarusda 12, Niderlandda 2, Koreya Respublikasında 2, Ukraynada 3 və s.dir.

Ən son xəbərlər

435 nəfər COVID-19-dan sağalıb, 144 nəfər yoluxub, 3 nəfər vəfat edib

Prezident: “Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin”

Ermənilərin Tovuzu atəşə tutması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 1 milyon manat vəsait ayrılıb

Büdcəyə dəyişiklik layihəsi II oxunuşdan da keçdi

DMX Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşlarına müraciət edib

Azərbaycanda "Facebook" auditoriyasının fəallığı artıb

Deputat: "Qeyri-ərzaq mağazalarını bağlayıb, təkcə ərzaq mağazalarını açmaq düzgün deyil"

Bezos 7,2 milyard dollar dəyərində Amazon səhmlərini satıb

Sahibkarlardan gələn ilə qədər dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla əlaqədar icarə haqqı alınmayacaq

492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib

Ramin Bayramlı: "Açılan modul tipli xəstəxanalardan yalnız 5-dən istifadə etmişik"

Özəl sektora yeni maliyyə dəstəyi

Ölkədə çimərliklər açılır

XİN: Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb

Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq

Bu gün Milli Məclisin ilk plenar iclası keçiriləcək

İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi

Bakının mərkəzindən ətraf qəsəbələr də daxil olmaqla, beş ekspres xətt təşkil olunacaq

588 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib

Prezident İlham Əliyev deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Bakıda istifadəyə yararlı çimərliklər açıqlanıb