Bakı
22° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0195 AZN

Nazirdən 190 manatla bağlı AÇIQLAMA

Nazirdən 190 manatla bağlı AÇIQLAMA

Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə yaxın günlərdə başlanacaq. Birdəfəlik ödəmə sərt karantin rejiminin tətbiq olunduğu 16 şəhər və rayon üzrə bank kartları vasitəsilə həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, bu dəfə 190 manatlıq müavinətin 287 min nəfərə veriləcəyini bildirib:  “Birinci dəfə işsizlər və karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlar üçün birdəfəlik ödəmə (190 manat) ala bilməyən vətəndaşlar nazirliyə müraciət edə bilərlər”-bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev  bildirib.

Onun sözlərinə görə, müraciət edən şəxslər ictimai iş yeləri ilə təmin edə bilər: “Burada minimum əməkhaqqı 250 manat təşkil edir. Həmin vətəndaşlar əmək müqaviləsi ilə işləyəcəklər. Onların sosial və işsizlik sığortası ödənilir, pensiya təminatı yaranır.

Bu iş axtaran şəxslərimizə təklif edilən bir istiqamətdir”. Nazir qeyd edib ki, 190 manat ödəmə şəffaf şəkildə həyata keçirilib: “İki ayda 600 min insanın hər birinin adı, soyadı nazirliyin internet səhifəsində yerləşdirilib. Sosial şəbəkə istifadəçiləri aktiv şəkildə o siyahını araşdırdı, sualları da cavablandırdıq. 190 manat üçün müraciət və ödənişin edilməsində vətəndaş - məmur ünsiyyəti olmayıb. Hər bir şey elektron şəkildə həyata keçirilib. İkinci ayın ödənişi isə vətəndaşlarımıza bank kartları ilə təqdim edildi. Sərt karantin elan olunan şəhər və rayonlarda olan insanlara 190 manatı bank kartlarına köçürüləcək”.

Ən son xəbərlər

435 nəfər COVID-19-dan sağalıb, 144 nəfər yoluxub, 3 nəfər vəfat edib

Prezident: “Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin”

Ermənilərin Tovuzu atəşə tutması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 1 milyon manat vəsait ayrılıb

Büdcəyə dəyişiklik layihəsi II oxunuşdan da keçdi

DMX Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşlarına müraciət edib

Azərbaycanda "Facebook" auditoriyasının fəallığı artıb

Deputat: "Qeyri-ərzaq mağazalarını bağlayıb, təkcə ərzaq mağazalarını açmaq düzgün deyil"

Bezos 7,2 milyard dollar dəyərində Amazon səhmlərini satıb

Sahibkarlardan gələn ilə qədər dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla əlaqədar icarə haqqı alınmayacaq

492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib

Ramin Bayramlı: "Açılan modul tipli xəstəxanalardan yalnız 5-dən istifadə etmişik"

Özəl sektora yeni maliyyə dəstəyi

Ölkədə çimərliklər açılır

XİN: Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb

Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq

Bu gün Milli Məclisin ilk plenar iclası keçiriləcək

İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi

Bakının mərkəzindən ətraf qəsəbələr də daxil olmaqla, beş ekspres xətt təşkil olunacaq

588 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib

Prezident İlham Əliyev deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Bakıda istifadəyə yararlı çimərliklər açıqlanıb