Bakı
26° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.012 AZN

Prezident İlham Əliyev: "Dövlət turizm sahəsini dəstəkləyəcək"

Prezident İlham Əliyev: "Dövlət turizm sahəsini dəstəkləyəcək"

"Bu dövrdə biz nə etmişik? Biz turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsini ödəmişik ki, onların dolanışıq üçün vəsaiti olsun və bu sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya bilsinlər. Mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə mən hökumətə təlimat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin".

Bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili ilə videokonfransda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident bildirib ki, bu potensialı artırmaq çox çətin və məsul məsələdir: "Azərbaycanda biz bu istiqamətdə çox fəal irəliləmişik. Əvvəlcə infrastruktur layihələrindən, ölkəmizin təqdimatı ilə bağlı layihələrdən, sərgilərdə iştirak etməkdən, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsindən başladıq. Deməliyəm ki, Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən Formula 1 yürüşlərinin keçirilməsi ilə bağlı idi. Birinci yürüş keçiriləndən dərhal sonra turizmin artmasını gördük. Dediyim kimi, hər il bu potensial artır və müxtəlif məlumatlara görə əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Yəni bu, bizim iqtisadiyyata böyük valyuta axını deməkdir. Buna görə də turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf etmişik və otel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Bunu nəzərə alaraq, əlbəttə, biz bu sahəni itirə bilmərik. Biz kadr potensialını, qazanılmış təcrübəni qoruyub saxlamalıyıq. Buna görə dövlət bu sahəni dəstəkləyəcək.

Lakin, əlbəttə, postpandemiya dövründə işi daha düzgün görmək üçün bizə sizin təşkilat tərəfindən tövsiyələr lazımdır. Biz buna çox ümid edirik. Əminik ki, sizin verəcəyiniz məsləhətlərə əməl edəcəyik və onları həyata keçirməklə çalışacağıq ki, bu sahəni maksimum qısa müddətdə bərpa edək. Hərçənd, bu, asan olmayacaq. Əlbəttə, biz turizm sahəsində aparıcı ölkələrin, böyük təcrübəyə malik olan və özlərinin iqtisadi inkişafında müəyyən dərəcədə, əhəmiyyətli dərəcədə turizm sektoruna güvənən ölkələrin atdığı addımları diqqətlə izləyəcəyik, lakin əlaqələrimizi də davam etdirəcəyik. Əminəm ki, imkan yaranan kimi sizi yenidən Azərbaycanda görəcəyik".

Ən son xəbərlər

129 yeni yoluxma 4 ölüm

Türkiyədə karantin rejimi yenidən sərtləşdirilir

Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub

Avqustun 21-də Məhərrəm ayı başlayacaq

Güzəştli mənzillərin növbəti satışı keçiriləcək

Ölkə üzrə COVID-19-a yoluxmanın statistikası açıqlanıb.

Rusiyada koronavirus preparatı patentləşdirildi

Tramp “TikTok”u qadağan edən fərman imzaladı

435 nəfər COVID-19-dan sağalıb, 144 nəfər yoluxub, 3 nəfər vəfat edib

Prezident: “Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin”

Ermənilərin Tovuzu atəşə tutması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 1 milyon manat vəsait ayrılıb

Büdcəyə dəyişiklik layihəsi II oxunuşdan da keçdi

DMX Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşlarına müraciət edib

Azərbaycanda "Facebook" auditoriyasının fəallığı artıb

Deputat: "Qeyri-ərzaq mağazalarını bağlayıb, təkcə ərzaq mağazalarını açmaq düzgün deyil"

Bezos 7,2 milyard dollar dəyərində Amazon səhmlərini satıb

Sahibkarlardan gələn ilə qədər dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla əlaqədar icarə haqqı alınmayacaq

492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib

Ramin Bayramlı: "Açılan modul tipli xəstəxanalardan yalnız 5-dən istifadə etmişik"

Özəl sektora yeni maliyyə dəstəyi

Ölkədə çimərliklər açılır