Bakı
21° Aydın hava
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8859 AZN

Rusiyada ayı qəbri dağıdaraq meyiti aparıb

Rusiyada ayı qəbri dağıdaraq meyiti aparıb

Rusiyanın Xabarovsk vilayətində ayı qəbri dağıdaraq meyiti aparıb.

Polis bölməsinə Start mikrorayonunun qəbiristanlığında qəbirlərdən birinin açılması barədə məlumat daxil olub.

Hadisə yerinə əməliyyat-istintaq qrupu, kenoloq və ovşünas cəlb olunub. Baxış zamanı ərazidə ayı izləri aşkarlanıb. Meyit isə hələlik tapılmayıb.

Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunmuş mütəxəssislərə ayını tapıb məhv etmək icazəsi verilib.

Mütəxəssislər göstərişə uyğun olaraq ayını güllələyiblər.