Bakı
26° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.012 AZN

"Koronavirus pandemiyası İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”

"Koronavirus pandemiyası İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”

“Hazırda koronavirus pandemiyası İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”.

 Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi deyib ki, pandemiya insanların sağlamlığına və iqtisadi fəaliyyətinə mənfi təsir göstərir: “Hazırda bu virus hansısa bölgələri, ölkələri hədəfə almır, bütün sərhədləri aşır, yaşlılara, gənclərə yoluxur. Məhz buna görə də BMT Baş Katibi hər birimizi qlobal səviyyədə həmrəyliyə, əməkdaşlığa çağırıb”. 

Q. İshaqzai qeyd edib ki, hökumətlər yalnız öz gücü ilə bu xəstəliyə qalib gələ bilməyəcək: “Bu işdə cəmiyyətin hər bir üzvünün məsuliyyəti var. Hər birimiz əl-ələ verərək bu pandemiyaya qalib gəlməliyik. Tibbi maska taxmaqla, sosial məsafəni gözləməklə, şəxsi gigiyenaya diqqət yetirməklə, sosial hərəkətliliyi azaltmaqla bu mübarizəyə töhfə verə bilərik”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi nəzərə çatdırıb ki, dünyada, o cümlədən Azərbaycanda bəzi insanlarda müəyyən yorğunluq var, normal həyata qayıtmaq istəyirlər: “Amma biz bilməliyik ki, virusa qalib gəlməsək, iqtisadiyyatı bərpa edə bilməyəcəyik”.

Ən son xəbərlər

129 yeni yoluxma 4 ölüm

Türkiyədə karantin rejimi yenidən sərtləşdirilir

Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub

Avqustun 21-də Məhərrəm ayı başlayacaq

Güzəştli mənzillərin növbəti satışı keçiriləcək

Ölkə üzrə COVID-19-a yoluxmanın statistikası açıqlanıb.

Rusiyada koronavirus preparatı patentləşdirildi

Tramp “TikTok”u qadağan edən fərman imzaladı

435 nəfər COVID-19-dan sağalıb, 144 nəfər yoluxub, 3 nəfər vəfat edib

Prezident: “Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin”

Ermənilərin Tovuzu atəşə tutması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 1 milyon manat vəsait ayrılıb

Büdcəyə dəyişiklik layihəsi II oxunuşdan da keçdi

DMX Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşlarına müraciət edib

Azərbaycanda "Facebook" auditoriyasının fəallığı artıb

Deputat: "Qeyri-ərzaq mağazalarını bağlayıb, təkcə ərzaq mağazalarını açmaq düzgün deyil"

Bezos 7,2 milyard dollar dəyərində Amazon səhmlərini satıb

Sahibkarlardan gələn ilə qədər dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla əlaqədar icarə haqqı alınmayacaq

492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib

Ramin Bayramlı: "Açılan modul tipli xəstəxanalardan yalnız 5-dən istifadə etmişik"

Özəl sektora yeni maliyyə dəstəyi

Ölkədə çimərliklər açılır