Bakı
26° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.012 AZN

Avropa İttifaqı Azərbaycanla viza ləğvini nəzərdən keçirməyə hazırdır

Avropa İttifaqı Azərbaycanla viza ləğvini nəzərdən keçirməyə hazırdır

Avropa İttifaqı Azərbaycanla vizasız gediş-gəlişin təmin edilməsi üçün danışıqları nəzərdən keçirməyə hazırdır. Bunu İttifaqın Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Oliver Varheli Şərq Tərəfdaşlığı təşəbbüsünə daxil olan ölkələrin xarici işlər nazirləri ilə videokonfransı zamanı deyib.

“Düşünürəm ki, əsas prinsiplərimiz və şərtlər məlumdur. Belə bir müraciət olacağı təqdirdə məsələyə baxacağıq” – deyə Varheli bildirib.

Varheli məsələni Avropa İttifaqının prioriteti adlandırıb.

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva hesab edir ki, ittifaq ölkələri ilə vizasız gediş-gəlişdə müzakirə olunmalı və Azərbaycanın dövlət təhlükəsizliyi üçün vacib məsələlər də var.

Ekspert deyir ki, Avropa İttifaqı son illər Azərbaycana qarşı münasibətlərini dəyişməyə və Azərbaycanın maraqları ilə hesablaşmağa başlayıb. Düzdür, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdən narahat olan, bu münasibətləri pozmağa çalışan daxili və xarici qüvvələr də var. Amma Yeganə Hacıyeva hesab edir ki, onların niyyətlərinə çatması üçün münbit dövr çoxdan geridə qalıb.

Qeyd edək ki, Azərbaycan Avropa İttifaqı münasibətlərinin əsası 1991-ci ildə qoyulub. Aİ Azərbaycanın ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyini dəstəkləyir.

Ən son xəbərlər

129 yeni yoluxma 4 ölüm

Türkiyədə karantin rejimi yenidən sərtləşdirilir

Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub

Avqustun 21-də Məhərrəm ayı başlayacaq

Güzəştli mənzillərin növbəti satışı keçiriləcək

Ölkə üzrə COVID-19-a yoluxmanın statistikası açıqlanıb.

Rusiyada koronavirus preparatı patentləşdirildi

Tramp “TikTok”u qadağan edən fərman imzaladı

435 nəfər COVID-19-dan sağalıb, 144 nəfər yoluxub, 3 nəfər vəfat edib

Prezident: “Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin”

Ermənilərin Tovuzu atəşə tutması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 1 milyon manat vəsait ayrılıb

Büdcəyə dəyişiklik layihəsi II oxunuşdan da keçdi

DMX Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşlarına müraciət edib

Azərbaycanda "Facebook" auditoriyasının fəallığı artıb

Deputat: "Qeyri-ərzaq mağazalarını bağlayıb, təkcə ərzaq mağazalarını açmaq düzgün deyil"

Bezos 7,2 milyard dollar dəyərində Amazon səhmlərini satıb

Sahibkarlardan gələn ilə qədər dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla əlaqədar icarə haqqı alınmayacaq

492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib

Ramin Bayramlı: "Açılan modul tipli xəstəxanalardan yalnız 5-dən istifadə etmişik"

Özəl sektora yeni maliyyə dəstəyi

Ölkədə çimərliklər açılır