Bakı
29° Aydın hava
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.884 AZN

Uğursuz qərarların altı səbəbi

Uğursuz qərarların altı səbəbi

Tədqiqatlar göstərir ki, hər gün insan orta hesabla 2 min qərar qəbul edir. Onların əksəriyyəti əhəmiyyətsizdir və instinktiv və ya avtomatik olaraq qəbul edilir: işə nə geyinmək, indi və ya 10 dəqiqədən sonra nahar etmək və s. Hər hansısa qərar qəbul etməzdən əvvəl düşünmək lazımdır, çünki onlar bir sıra neqativ səbəblərə gətirib çıxara bilərlər. Düzgün qərar vermək bacarığı özümüzdə inkişaf edə biləcəyimiz ən vacib vərdişlərdən biridir. Seçimlərimiz sağlamlığımıza, təhlükəsizliyimizə, münasibətlərimizə, vaxt paylamağımıza və ümumi rifahımıza təsir göstərir. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, düşüncə tərzimizə və qərar qəbul etmə prosesinə mənfi təsir göstərən bir sıra amillər vardır. Onların hər birini nəzərdən keçirək. 

Qərar qəbul etməkdən yorulmaq

Hətta çox aktiv insanlar belə bəzən yorulurlar. Məsələ ondadır ki, bizim zehni tapşırıqları yerinə yetirmək və qərar qəbul etmək qabiliyyətimiz bəzən pisləşir. Bunun əsas səbəbi eyni şeyi dəfələrlə müntəzəm şəkildə təkrar-təkrar yerinə yetirməyimizdir. Gün ərzində bir çox qərar qəbul etmək məcburiyyətində olduğumuz zaman yorğunluq qaçırılmazdır. Onunla mübarizə aparmaq üçün qərar verməli olduğunu ən vacib işləri seçin. 

Diqqətin yayınması

Texnologiyaların sürətli inkişafı rahatlıq dövrünün başlanğıcını qoysa da, informasiya və kommunikasiya axınının heç vaxt dayanmadığı bir mühit yaratdı. Tədqiqatçıların fikrincə, bu gün beynimiz 1986-cı illə müqayisədə beş dəfə çox məlumat emal edir. Nəticə etibarilə, bir çoxumuz diqqətimizi yayındıran amillərin əhatəsində yaşayırıq. Gün ərzində elektron poçt, sosial media, xəbərlər və informasiya əsrində diqqətimiz uğrunda mübarizə aparan digər alətlər üçün vaxt tapmalısınız. Əlbəttə ki, demək asandı, əsas etməkdir. 

Rəylərin çatışmazlığı

Çox vaxt iclaslarda iştirakçıların bir çox öz fikrini söyləməkdən çəkinirlər və sadəcə susurlar. Bunun əsas səbəbi ondan ibarətdir ki, insanlar qısa müddətdə öz fikrini tam olaraq formalaşdıra bilmirlər. Əgər rəylərin sayını artırmaq istəyirsinizsə, iclasdan bir gün əvvəl bütün işçilərə xəbərdarlıq edin.

Duyğular

Xəyal qırıqlığı, həyəcan, qəzəb, sevinc kimi duyğular, insanın gündəlik həyatının ayrılmaz hissədir. Bu duyğular həyatımızda əhəmiyyətli rol oynasa da, xoşbəxtliyin zirvəsində olduğumuz zaman düzgün qərar verə bilmədiyimizi başa düşürsünüz. Qəzəbli olan zaman telefonla danışmaq və ya elektron poçtla kiməsə məktub yazmaq istəsəniz, vəziyyəti daha da çətinləşdirə bilərsiniz. Bu amilin öhdəsindən gəlmək üçün emosional vəziyyətinizə, xüsusən xarakterinizin özünü idarəetmə kimi güclü tərəfinə diqqət yetirin. Kompüterdən uzaqlaşaraq və ya telefonunuzu qırağa qoyaraq özünüzə “soyumaq” üçün vaxt verin. 

Analitik iflic

İnformasiya əsri bizə çoxlu informasiya, böyük məlumatlar və metrikalar verməklə yanaşı, təhlil prosesini sonsuzluğa qədər uzadır. Belə ki, hər hansısa qərar qəbul etdikdə bir çox amilləri nəzərə almalı oluruq və bu proses daha çox vaxt alır. Əlbəttə ki, qərar qəbul etdikdə diqqətli olmalıyıq, kəmiyyət keyfiyyət demək deyil. Yalnız aktual informasiyanı nəzərə alın, özünüz üçün “deadline” lar müəyyən edin. 

Qəbul etdiyimiz qərarlar reallığımızı müəyyənləşdirir. Bunlar vaxtımızı necə keçirdiyimizə və hansı məlumatları emal etdiyimizə (və ya görməməzlikdən) birbaşa təsir edir. Qərarlar münasibətləri formalaşdırır. Bu gün qəbul etdiyimiz qərarlar bizim enerjimizə və həyatımızın ayrı-ayrı sahələrində effektliyə təsir göstərirlər. Hər gün bir uğursuz qərarlar da qəbul edirik. Qərarlaırn qəbul edilməsi sahəsində əsas düşmənləriniz ilə tanış olsanız, onların sayını xeyli azalda bilərsiniz.