Bakı
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8883 AZN

Bu gün italyan astronavtı kosmosdan konsert verəcək

Bu gün italyan astronavtı kosmosdan konsert verəcək

İtaliyalı astronavt Luka Parmitano ilk "kosmik DJ" olacaq: o, Yer orbitində elektron musiqi həvəskarları qarşısında çıxış edəcək.

 Bu barədə Avropa Kosmik Agentliyinə (EKA) istinadən "RİA Novosti" agentliyi bildirib.

Konsert bu gün - avqustun 13-də silsilə "BigCityBeats World Club Dome Cruise Edition" çərçivəsində baş tutacaq. Astronavt Beynəlxalq Kosmik stansiyada"Columbus" modulundan çıxış edəcək.

Luka Parmitano Beynəlxalq Kosmik Stansiyaya iyulun 20-də kosmik gəmidə rusiyalı Aleksandr Skvortsov və amerikalı Endryu Morqanla birlikdə yola düşüb. Bu, italyanın kosmosa artıq ikinci uçuşudur.

Daha əvvəl Amerika astronavtları günəş panelləri akkumulyatorlarının yenisi ilə əvəzlənməsi üçün Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindən fəzaya çıxışı başa çatdırıblar.