Bakı
32° Buludlu
Sağlam saat
İndi Efirdə 17:05 - 18:00 Azər Bəy `in təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9389 AZN

Sosial yardım 1 il müddətində təyin olunacaq

Sosial yardım 1 il müddətində təyin olunacaq

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) təklif edilən dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq. 

Qanunun mövcud varinatında isə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Digər bir dəyişikliklə isə sosial yardım almaq hüququ olan ailələrin siyahısı genişləndirilir. 

Qanunun 3-cü maddəsinə ( Sosial yardım almaq hüququ olan ailələr) təklif olunan dyişikliklə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malik olacaq.

Qanunun mövcud varinatında qeyd edilib ki, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq III (sonuncu) oxunuşda qəbul edilib.

Ən son xəbərlər

Azərbaycanda daha 493 nəfər COVID-19-a yoluxub

MN: Ordumuzun raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir

Ceyhun Bayramov Xarici işlər naziri təyin edilib

Elmar Məmmədyarov işdən çıxarılıb

Ermənistanın təxribatı ilə bağlı Qoşulmama Hərəkatının xüsusi sessiyası çağırılıb

Kanye Uest ABŞ prezidenti postuna namizədliyini qeydiyyatdan keçirib

Ombudsman Tovuz rayonu istiqamətində döyüşlərdə yaralanmış hərbçilərə baş çəkib

Prezidentin çağırışına səs verən minlərlə gənc səfərbərlik üçün qeydiyyata alınır

MN: Ermənistana məxsus PUA məhv edilib

Vaqif Dərgahlı: "Azərbaycanın tankı vurulmayıb"

Milli Məclisin deputatları tətilə çıxıb

Təbrizdə Azərbaycana dəstək aksiyası keçiriləcək

Tovuz istiqamətində ermənilərin atdığı mərmilər yaşayış evlərinə düşüb

Tovuz rayonu istiqamətində yenidən döyüşlər gedir

İlham Əliyev: “Ermənistan yeni təxribatlar törədə bilər”

Azərbaycan Prezidenti: "Bu hadisə adi sərhəd toqquşması deyil, Ermənistanın işğalçı siyasətinin davamıdır"

Azərbaycanda daha 559 nəfərdə COVID-19 aşkarlanıb

Prezident İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verib

Azərbaycanlılar İsveçdə Ermənistan səfirliyinin qarşısına aksiya keçirib

Milli Məclisin binası qarşısında baş verənlərlə bağlı cinayət işi başlanıb

Milli Məclis Aparatı dünən baş verən hadisələr ilə bağlı açıqlama yayıb.