Bakı
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8926 AZN

Azərbaycan məscidlərində bayram namazı qılınıb

Azərbaycan məscidlərində bayram namazı qılınıb

Azərbaycanda fəaliyyət göstərən məscidlərdə Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

Bayram namazı Bakının “Əjdərbəy” məscidində saat 08:00-da, “Təzəpir” məscidində isə 09:00-da başlanılıb.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

Yüzlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib. Daha sonra bayram münasibətilə bir-birilərini təbrik ediblər.