Bakı
30° Aydın hava
MAŞINDA
İndi Efirdə 12:05 - 13:00 Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9171 AZN

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci il).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

Ən son xəbərlər

Şəxsi avtomobildə maska taxmaq məcburidir? - RƏSMİ CAVAB

Karantin rejimini pozan 1874 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

Masallıda yas mərasimi yarımçıq dayandırıldı - FOTO

Azərbaycanlı generallar ön xətdə - FOTO

Kəbəyə toxunmaq və öpmək qadağan edildi

Çin nüvə danışıqlarında iştirakının şərtini açıqladı

ABŞ Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq etdi

ABŞ-ın ÜST-dən çıxacağı tarix məlum oldu

Azərbaycanda polis mayoru koronavirusdan ölüb

Naxçıvanda koronavirusa yoluxma qeydə alınmadı

Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi?

Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı götürülən analizlərin nəticələri açıqlandı

“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”

Dubay bu gündən turist qəbuluna başlayır

Bəzi icazələr aktivləşdirildi

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 33 həkim koronavirusa yoluxub

“Karantin rejimi nə qədər davam edəcək?”- Prezidentdən cavab

Azərbaycanlı tələbələr dövlət xətti ilə daha çox bu ölkələrdə təhsil almağa üstünlük verirlər

Ağdərənin işğalından 27 il ötür

Britaniya 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq edib

“Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”