Bakı
26° Buludlu
MAŞINDA
İndi Efirdə 13:05 - 14:00 Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.915 AZN

İtləri döyüşdürənlərin kimliyi müəyyənləşdi

İtləri döyüşdürənlərin kimliyi müəyyənləşdi

Sumqayıt şəhərində it döyüşləri təşkil edənlərin kimliyi bəlli olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdəki şəxslərin kimliyi müəyyənləşdirilib: “Araşdırmalar davam etdirilir. Həmin adamların izahatları alınıb. Hazırda onların əməlinə hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırma davam etdirilir. Yekun qərar olduqda, ictimaiyyətə ətraflı məlumat veriləcək”. 

Xatırladaq ki, yayılan məlumatlarda Sumqayıt şəhərində Mətləb adlı şəxsin “Pitbull” fermasında it döyüşləri təşkil etdiyi bildirilirdi. İddiaya görə, itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar. “Pitbull” küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir.

Ən son xəbərlər

Prezident cərimə artımını təsdiqlədi

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Baş Prokurordan yeni TƏYİNAT

Rusiyada səsvermə protokollarının hamısı açıqlanıb

DYP: Polis postlarının götürülməsindən sui-istifadə edilməməlidir

Vilayət Eyvazovdan karantin rejimi ilə bağlı Müraciət

İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım

Misir beynəlxalq uçuşları bərpa etdi

Rusiyada seçicilərin 78 faizi Konstitusiyaya düzəlişlərə səs verib

Mehriban Əliyeva polis əməkdaşlarını təbrik edib

İyulun 4-də planetlərin paradı başlayır

Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

Bakıda bəzi yerlərdə polis postları götürüldü

Azərbaycan Türkiyə ilə hərbi maliyyə əməkdaşlıq haqqında Sazişi təsdiqlədi

Rusiya, Türkiyə və İran prezidentlərinin videokonfrans formatında üçtərəfli görüşü başlayıb

Xaricdə təhsil alan tələbələrin təhsil haqqı ilə bağlı rəsmi açıqlama

AzTV-nin əməkdaşı koronavirusdan vəfat etdi

Rusiyada kommunal xidmətlər bahalaşıb

Daha bir həkim koronavirusun qurbanı oldu

Baş nazirin qərarı ilə yeni fond yaradıldı

Dünya Bankı Gürcüstana əlavə 45 milyon avro yardım edəcək