Bakı
30° Aydın hava
Canlı Kitab
İndi Efirdə 11:05 - 12:00 Elçin Hacının təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9171 AZN

Xamenei: "Məclisdə vicdanlı və fəal nümayəndələrin olması vacibdir"

Xamenei: "Məclisdə vicdanlı və fəal nümayəndələrin olması vacibdir"

Məclisdə vicdanlı və fəal nümayəndələrin olması çox vacibdir.

İranın Ali Lideri Ayətullah Xameneinin İslami Şura Məclisinin 11-ci çağırışının açılışı münasibətilə göndərilən mesajı bu gün səhər Ali Liderin ofisinin rəhbəri höccətül-islam Məhəmmədi Qolpayeqani tərəfindən parlamentin ilk iclasında oxunub.

Ayətullah Xameneinin mesajında bildirilir: “Məclis ən vacib məsələləri həll etməlidir. Daha çox mütəxəssis, nizamlı, aktiv və vicdanlı nümayəndələrdən ibarət olan məclisin olması çox vacibdir. Nümayəndələr ölkənin vəziyyəti və prioritetləri haqqında məlumat sahibi olmalıdırlar."

İqtisadiyyat və mədəniyyətin ölkənin prioritetlərindən olduğunu diqqət çəkən Ayətullah Xamenei 11-ci çağırış parlamenti millət vəkillərinə aşağıdakı tövsiyələri verib:

“Şəxsi və partiya maraqlarını gündəmə gətirmək, işdəki səhlənkarlıq və etnik qütbləşmə zərərli ola bilər. Deputatlar məşğulluq, istehsal, milli pulun dəyəri, inflyasiya və müqavimət iqtisadiyyatının ümumi siyasətini təşkil edən milli iqtisadiyyatın ümumi məzmunu kimi mövzuların yenidən qurulmasına diqqət yetirməlidirlər”.

Hər kəsin qanuna uyğun hərəkət etməli olduğunu vurğulayan Ali Lider onu da bildirib ki, “qanun düzgün və lazımi şəkildə istifadə edilsə, ölkə ən yüksək hədəflərinə çatacaq”.

Mesajda həmçinin bildirilir : “Deputatların bir biri ilə əməkdaşlığı, gənc və yeni deputatların təcrübəli deputatlarla təcrübə mübadiləsi, sağlam rəqabət, önəmli qlobal və daxili hadisələrdə inqilabı mövqe sərgiləmək, araşdırma mərkəzi və hesablama palatasına diqqət, çıxışlarda ölkənin ictimai rəyinə sabitlik və etimad bəxş etmək, icra və məhkəmə orqanları ilə qarşılıqlı əməkdaşlıq, lazımsız və zəhlətökən qanunlara yol verməmək – mənim sizə digər tövsiyələrimdir”.

Ən son xəbərlər

Masallıda yas mərasimi yarımçıq dayandırıldı - FOTO

Azərbaycanlı generallar ön xətdə - FOTO

Kəbəyə toxunmaq və öpmək qadağan edildi

Çin nüvə danışıqlarında iştirakının şərtini açıqladı

ABŞ Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq etdi

ABŞ-ın ÜST-dən çıxacağı tarix məlum oldu

Azərbaycanda polis mayoru koronavirusdan ölüb

Naxçıvanda koronavirusa yoluxma qeydə alınmadı

Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi?

Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı götürülən analizlərin nəticələri açıqlandı

“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”

Dubay bu gündən turist qəbuluna başlayır

Bəzi icazələr aktivləşdirildi

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 33 həkim koronavirusa yoluxub

“Karantin rejimi nə qədər davam edəcək?”- Prezidentdən cavab

Azərbaycanlı tələbələr dövlət xətti ilə daha çox bu ölkələrdə təhsil almağa üstünlük verirlər

Ağdərənin işğalından 27 il ötür

Britaniya 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq edib

“Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”

İspaniyada çimərliklər yenidən bağlanır

Azərbaycanda bir gündə 513 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib