Bakı
37° Aydın hava
MAŞINDA
İndi Efirdə 12:05 - 13:00 Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9171 AZN

Sumqayıtda baş verən qəzada 4 hərbçi, bir mülki şəxs ölüb - YENİLƏNİB-1

Sumqayıtda baş verən qəzada 4 hərbçi, bir mülki şəxs ölüb - YENİLƏNİB-1

Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu həlak olub.

Bu barədə sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

TƏBİB-dən isə bildirilib ki, qəza zamanı 4 hərbçidən əlavə 1 mülki şəxs də həyatını itirib.

Qeyd olunub ki, yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağır qiymətləndirilir.

***

saat 10:23

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-nin xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

09:30

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, "Saipa" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Ölənlərdən biri 1956-cı il təvəllüdlü Yusubov Mənaf Nüsubət oğludur. Hadisə nəticəsində dünyasını dəyişənlərin digərlərinin şəxsiyyəti müəyyənləşdirilir.

Xəsarət alanlar isə 1984-cü il təvəllüdlü Əliyev Ramil Gülhəsən oğlu və 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğludur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub.

Ən son xəbərlər

Şəxsi avtomobildə maska taxmaq məcburidir? - RƏSMİ CAVAB

Karantin rejimini pozan 1874 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

Masallıda yas mərasimi yarımçıq dayandırıldı - FOTO

Azərbaycanlı generallar ön xətdə - FOTO

Kəbəyə toxunmaq və öpmək qadağan edildi

Çin nüvə danışıqlarında iştirakının şərtini açıqladı

ABŞ Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq etdi

ABŞ-ın ÜST-dən çıxacağı tarix məlum oldu

Azərbaycanda polis mayoru koronavirusdan ölüb

Naxçıvanda koronavirusa yoluxma qeydə alınmadı

Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi?

Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı götürülən analizlərin nəticələri açıqlandı

“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”

Dubay bu gündən turist qəbuluna başlayır

Bəzi icazələr aktivləşdirildi

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 33 həkim koronavirusa yoluxub

“Karantin rejimi nə qədər davam edəcək?”- Prezidentdən cavab

Azərbaycanlı tələbələr dövlət xətti ilə daha çox bu ölkələrdə təhsil almağa üstünlük verirlər

Ağdərənin işğalından 27 il ötür

Britaniya 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq edib

“Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”