Bakı
37° Aydın hava
MAŞINDA
İndi Efirdə 12:05 - 13:00 Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9171 AZN

ÜST: Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilər

ÜST: Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilər

Bəşəriyyət yalnız COVID-19-un yayılmasının birinci dalğasını yaşayır, pandemiyanın növbəti pik həddi tam ehtimal ediləndir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bildirib.

"İndi ikinci dalğadan narahat deyilik, biz birinci dalğanın düz ortasındayıq. Bu dalğada ikinci pik həddlə üzləşə bilərik. Belə hallar keçmişdəki pandemiyalarda da olurdu", - Rayan deyib.

O, qeyd edib ki, yeni pik hədd Mərkəzi və Cənubi Amerikada, Cənubi Asiyada və Afrikada virusun aktiv şəkildə yayılması nəticəsində mümkündür.

ÜST rəsmisinin sözlərinə görə, xəstəliyin artımının müvəqqəti azalması bu tendensiyanın gələcəkdə qalıb-qalmayacağını aydınlaşdırmır.

Rayan həmçinin qeyd edib ki, dünya gələcəkdə pandemiyanın mövsümi qriplə üst-üstə düşə bilən ikinci dalğasına hazırlaşmalı olacaq. 

Son məlumatlara görə, dünyada COVID-19 pandemiyası qurbanlarının ümumi sayı 346 893 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 5 568 191 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.

Pandemiya ərzində virusun aşkarlandığı ölkələrdə ümumilikdə COVID-19-a yoluxmuş 2 353 290 insan sağalıb. Hazırda 2 868 008 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 157 nəfərin vəziyyəti ağırdır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ən son xəbərlər

Şəxsi avtomobildə maska taxmaq məcburidir? - RƏSMİ CAVAB

Karantin rejimini pozan 1874 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

Masallıda yas mərasimi yarımçıq dayandırıldı - FOTO

Azərbaycanlı generallar ön xətdə - FOTO

Kəbəyə toxunmaq və öpmək qadağan edildi

Çin nüvə danışıqlarında iştirakının şərtini açıqladı

ABŞ Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq etdi

ABŞ-ın ÜST-dən çıxacağı tarix məlum oldu

Azərbaycanda polis mayoru koronavirusdan ölüb

Naxçıvanda koronavirusa yoluxma qeydə alınmadı

Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi?

Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı götürülən analizlərin nəticələri açıqlandı

“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”

Dubay bu gündən turist qəbuluna başlayır

Bəzi icazələr aktivləşdirildi

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 33 həkim koronavirusa yoluxub

“Karantin rejimi nə qədər davam edəcək?”- Prezidentdən cavab

Azərbaycanlı tələbələr dövlət xətti ilə daha çox bu ölkələrdə təhsil almağa üstünlük verirlər

Ağdərənin işğalından 27 il ötür

Britaniya 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq edib

“Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”