Bakı
30° Aydın hava
Canlı Kitab
İndi Efirdə 11:05 - 12:00 Elçin Hacının təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9171 AZN

Bakıda gecə fəaliyyət göstərən restoran aşkarlandı, 32 nəfər saxlanıldı

Bakıda gecə fəaliyyət göstərən restoran aşkarlandı, 32 nəfər saxlanıldı

Paytaxtda sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq müştərilərə saat 18:00-dan sonra da yerində xidmət göstərən daha bir restoranın fəaliyyəti polislər tərəfindən aşkar edilib. 

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Tədbir zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Məmmədəli Hacıyevə məxsus “Kəlbəcər” restoranının müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilər qəbul edildiyi məlum olub. Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektdə olan ümumilikdə 32 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətiriliblər. Bölmədə həmin şəxslərlə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə sanitar-karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb. Həmçinin bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla da təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər. Həmin şəxslərin diqqətinə çatdırılıb ki, növbəti dəfə sanitar-karantin qaydalarını pozduqları təqdirdə onlar barəsində inzibati qaydada həbs qərarı verilməsi üçün barələrində toplanan materiallar məhkəməyə göndəriləcək. 

Ən son xəbərlər

Masallıda yas mərasimi yarımçıq dayandırıldı - FOTO

Azərbaycanlı generallar ön xətdə - FOTO

Kəbəyə toxunmaq və öpmək qadağan edildi

Çin nüvə danışıqlarında iştirakının şərtini açıqladı

ABŞ Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq etdi

ABŞ-ın ÜST-dən çıxacağı tarix məlum oldu

Azərbaycanda polis mayoru koronavirusdan ölüb

Naxçıvanda koronavirusa yoluxma qeydə alınmadı

Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi?

Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı götürülən analizlərin nəticələri açıqlandı

“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”

Dubay bu gündən turist qəbuluna başlayır

Bəzi icazələr aktivləşdirildi

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 33 həkim koronavirusa yoluxub

“Karantin rejimi nə qədər davam edəcək?”- Prezidentdən cavab

Azərbaycanlı tələbələr dövlət xətti ilə daha çox bu ölkələrdə təhsil almağa üstünlük verirlər

Ağdərənin işğalından 27 il ötür

Britaniya 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq edib

“Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”

İspaniyada çimərliklər yenidən bağlanır

Azərbaycanda bir gündə 513 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib