Bakı
8° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8813 AZN

"Qarabağ" - APOEL matçına 8 min bilet satılıb

"Qarabağ" - APOEL matçına 8 min bilet satılıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə Bakıda keçirəcəyi cavab oyunu üçün satılan biletlərin sayı bəlli olub. 

 Klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma üçün 8 min bilet satılıb. 

Matç üçün ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək mümkündür.

Xatırladaq ki, oyun avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.