Bakı
8° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0603 AZN

Azərbaycan Prezidenti: “Həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır, yol verilmiş bütün pozuntular üzə çıxacaq”

Azərbaycan Prezidenti: “Həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır, yol verilmiş bütün pozuntular üzə çıxacaq”

“Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçıları həbs olunub. Bu barədə ictimaiyyətə məlumat verilib. İndi istintaq gedir və hüquq mühafizə orqanları hər şeyi müəyyən edəcək. Artıq ictimaiyyət məlumatlandırılıb. Ağstafa və İmişli rayonlarında icra hakimiyyəti başçıları tərəfindən edilmiş bu pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq”.

Bunu Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır: “Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın.

Bizim bölgələrdə gördüyümüz işlərin mənbəyi xalqın iradəsidir. Bildiyiniz kimi, artıq regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra olunur. Bütün proqramların tərtibatında yerlərdən gələn təkliflər üstünlük təşkil edir. Mənim bölgələrə, rayonlara çoxsaylı səfərlərim və səfərlər əsnasında vətəndaşlarla görüşlərim bu proqramların hazırlanmasında xüsusi rol oynayır. Çünki bölgələrdə elə işlər görülməlidir ki, o işlər öz həllini gözləyir, insanlar əziyyət çəkir. Ona görə vəziyyəti təhlil edərkən siz, ilk növbədə, vətəndaşları narahat edən məsələləri aşkarlamalısınız”.

Ən son xəbərlər

Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq - SƏRƏNCAM

Şəhidlərin xatirəsini yad etmək üçün sabah saat 12:00-da bir dəqiqəlik sükut elan ediləcək

Vətən müharibəsində Azərbaycanın 2 783 hərbi qulluqçusu şəhid olub

Ərdoğan Qələbə paradında iştirak etmək üçün Azərbaycana gəlir

Kəlbəcərə komendant təyin olundu - RƏSMİ

Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir

BMT, Avropa Birliyi və Dünya Bankı Beyrutun bərpası üçün plan hazırlayıb

Tanınmış vəkil koronavirusdan vəfat etdi

NATO Gürcüstana dəstəyini gücləndirəcək

Azərbaycan və Rusiya XİN başçıları Qarabağ bəyanatını müzakirə ediblər

Putin: “Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Bayden ABŞ-ın İranla nüvə anlaşmasına qayıtmağa hazır olduğunu təsdiqləyib

Hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək

Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlanıb

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

Gürcüstanda koronavirusa yoluxanların sayı 4 033 nəfər artıb

Azərbaycan Türkiyə ilə birgə Qarabağda Yüksək Texnologiyalar Parkı yaradacaq

TƏBİB Laçın rayonunun səhiyyə statistikasını açıqlayıb

Azərbaycanda 4 426 yeni yoluxma qeydə alındı

Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzaladı