Bakı
8° Aydın hava
Non-Stop music
İndi Efirdə 14:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0695 AZN

Yexlaxda polisin xəsarət alması ilə bağlı cinayət işi başlanıb, 21 nəfər saxlanılıb - RƏSMİ

Yexlaxda polisin xəsarət alması ilə bağlı cinayət işi başlanıb, 21 nəfər saxlanılıb - RƏSMİ

Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan ərazidə karantin rejiminin tətbiqini pozmağa cəhd edən sakinlərlə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, məhəllə sakinləri tərəfindən onları asayişi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atılıb. Nəticədə bir nəfər polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb: “Həmin faktla əlaqədar Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində asayişi pozaraq aksiyaya cəhd göstərən 20 nəfər saxlanılıb. Hazırda həmin şəxslərin məsuliyyət məsələləri araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Başlanan cinayət işi üzrə isə artıq bir nəfər tutularaq məsuliyyətə cəlb olunub”.

Qeyd edək ki, Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Orada giriş-çıxışa məhdudiyyətlər qoyulub. Buna səbəb yoluxma halının qarşısını almaqdan ibarətdir. 

Ən son xəbərlər

"İnstagram"da pullu xidmət qarşılığında dələduzluq əməlləri artıb - XƏBƏRDARLIQ

Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib

Nazirlik: UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı sənəd hazırlanır

Nazirlik: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub

Bill Qeyts peyvənd olundu

Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib, saxlanılanlar var

Rusiyadan Azərbaycan məhsullarının idxalı ilə bağlı qərar

AMEA-da yeni təyinatlar olub

Gürcüstanın XİN başçısı Azərbaycana dəvət olunub

Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı

İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib

Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub

Gürcüstan prezidenti: “NATO Qafqaza daha çox diqqət ayırmalıdır”

Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama

Yaqub Mahmudov Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib

"Millətin doğuluşu": Şevçenkonun Azərbaycan səfəri sonrası təəssüratları

Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb

Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib

100 milyon ABŞ dolları mükafatı olan müsabiqə elan edildi

Dubayda şənliklərə qadağa qoyuldu