Bakı
8° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0603 AZN

DİM: İmtahanlar xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə keçiriləcək

DİM: İmtahanlar xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşları tərəfindən Təhsil Nazirliyinin tabeliyində olan binalara yerində baxış keçirilib, imtahan üçün seçilmiş təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfəyədək artırılaraq onların imtahanın keçirilməsi üçün yararlılıq vəziyyəti yoxlanılıb.

DİM-dən  verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə keçirəcək.

Dövlət imtahan Mərkəzi Təhsil Nazirliyi və yerli icra orqanları ilə birgə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunmasına dair hazırladığı metodiki göstərişləri nəzərə alaraq təcili və təxirəsalınmaz tədbirlər görür.

Belə ki, DİM əməkdaşları tərəfindən Təhsil Nazirliyinin tabeliyində olan binalara yerində baxış keçirilmiş, imtahan üçün seçilmiş təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfəyədək artırılaraq onların imtahanın keçirilməsi üçün yararlılıq vəziyyəti yoxlanılmışdır.

Hazırda imtahan iştirakçılarının sosial məsafə gözlənilməklə zallarda yerləşdirilməsi, imtahan mərkəzlərində sanitar qovşaqların, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyası, həmçinin işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması istiqamətində işlər görülür.

Ən son xəbərlər

Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq - SƏRƏNCAM

Şəhidlərin xatirəsini yad etmək üçün sabah saat 12:00-da bir dəqiqəlik sükut elan ediləcək

Vətən müharibəsində Azərbaycanın 2 783 hərbi qulluqçusu şəhid olub

Ərdoğan Qələbə paradında iştirak etmək üçün Azərbaycana gəlir

Kəlbəcərə komendant təyin olundu - RƏSMİ

Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir

BMT, Avropa Birliyi və Dünya Bankı Beyrutun bərpası üçün plan hazırlayıb

Tanınmış vəkil koronavirusdan vəfat etdi

NATO Gürcüstana dəstəyini gücləndirəcək

Azərbaycan və Rusiya XİN başçıları Qarabağ bəyanatını müzakirə ediblər

Putin: “Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Bayden ABŞ-ın İranla nüvə anlaşmasına qayıtmağa hazır olduğunu təsdiqləyib

Hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək

Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlanıb

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

Gürcüstanda koronavirusa yoluxanların sayı 4 033 nəfər artıb

Azərbaycan Türkiyə ilə birgə Qarabağda Yüksək Texnologiyalar Parkı yaradacaq

TƏBİB Laçın rayonunun səhiyyə statistikasını açıqlayıb

Azərbaycanda 4 426 yeni yoluxma qeydə alındı

Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzaladı