Bakı
8° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8813 AZN

Qeydiyyatdan keçməyən abituriyentin qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək

Qeydiyyatdan keçməyən abituriyentin qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

DİM-dən bildirilib ki, tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 9-da (günün ikinci yarısında) “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunacaq.

Ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.