Bakı
22° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9289 AZN

Fermerlərə subsidiya kartları paylanılır

Fermerlərə subsidiya kartları paylanılır

Yazlıq əkinlərini bəyan edərək əkin subsidiyasına müraciət edən fermerlərə Fermer Kartı paylanmasına başlanılıb. 

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ilkin olaraq, cari ilin aprel ayının sonuna qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) Subsidiya İnformasiya Sistemində yazlıq əkinlər barədə elektron bəyanları dolduran və monitorinqdən keçən 14 min fermerin adına Fermer Kartları Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişi əsasında Kapital Bank ASC tərəfindən çap edilib və bankın regionlardakı filiallarına göndərilib.

Qeyd edək ki, bu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlərin) subsidiyalara müraciəti və onlara bu sahədə göstərilən xidmətlər EKTİS üzərindən onlayn qaydada həyata keçirilir. Bu günədək EKTİS-də 500 min nəfərdən artıq fermer qeydiyyatdan keçib. Payızlıq əkinlərə görə subsidiya üçün müraciət etmiş fermerlərə Fermer Kartı paylanıb, subsidiya ödənişləri həyata keçirilib. Növbəti ildə payızlıq əkinlərə görə əkin subsidiyası almaq üçün bəyanlara cari ilin sentyabr ayından etibarən başlanacaq.

Hazırda yazlıq əkinlərlə bağlı monitorinqlər davam edir və nəticələrə uyğun olaraq ödənişlər həyata keçiriləcək. Eyni zamanda fermerlərin yazlıq əkinlərlə bağlı bəyan prosesi may ayının sonunadək davam edəcək.

Ən son xəbərlər

Azərbaycanda stadionlara giriş-çıxış oyunlardan 3 saat əvvəl bağlanacaq

Avrozonada ÜDM bu il 8,7% azalacaq

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirildi - QAYDALAR

Şənbə-bazar evdən çıxanları cərimə, hətta həbs gözləyir - XƏBƏRDARLIQ

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yeniliklər açıqlandı

Rusiyada uzun müddət yaşamaq istəyən miqrantlar üçün yeni QAYDALAR

Gürcüstan koronavirusun ikinci dalğasına hazırlaşır

Türkiyə iki ölkə ilə sərhədləri açdı

DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - SİYAHI

Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeronda sərt karantin rejimi tətbiq olunacaq

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib

Türkiyədə altı azərbaycanlı koronavirusdan öldü - RƏSMİ

Dünyada ilk dəfə ən çox qazanan şirkət rəhbəri bir qadın olub

Təhsil Nazirliyinin tabeliyində 5 yeni lisey yaradılıb

Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq

Ərzaq mağazaları və apteklər bağlana bilər - RƏSMİ + VİDEO

İşdən çıxma saatlarında dəyişiklik gözlənilir - RƏSMİ

Beş nəfər koronavirusdan öldü: Rekord yoluxma - RƏSMİ

Mediaya da məhdudiyyət qoyula bilər - RƏSMİ

Həftəsonu bütün ölkə ərazisində məhdudiyyətlər tətbiq edilə bilər - RƏSMİ