Bakı
8° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8813 AZN

Tarix təkrarlanır: 10 il öncə bu gün güclü yağış yağmışdı

Tarix təkrarlanır: 10 il öncə  bu gün güclü yağış yağmışdı

2009 və 2013-cü illərdə məhz avqustun 9-da Bakıda bu cür intensiv yağışlar müşahidə olunub.

Bunu  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, günün ikinci yarısında yağışın kəsilməsi proqnazlaşıdırılır, artıq axşama doğru yağış olmayacaq:

“Ümumiyyətlə, ayrı-ayrı illərdə belə intensiv yağışlar qeydə alınıb. Məsələn, 2009-cu il avqustun 9-da yağıntının miqdarı 6 millimetr olub. Bu da aylıq normanın 98 faizini təşkil edib.

2013-cü ildə isə yenə avqustun 9-da 7 millimetr miqdarında yağış qeydə alınmışdı. Bu da ay ərzində düşməli olan normadan bir qədər çoxdur, yəni aylıq normanın 115 faizi. Göründüyü kimi, bəzi illərdə belə anomal proseslər müşahidə olunub”.