Bakı
21° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.858 AZN

BMT-nin baş katibi: "COVID-19-a qarşı yetərincə birlik görmürük"

BMT-nin baş katibi: "COVID-19-a qarşı yetərincə birlik görmürük"

“Yeni növ koronavirus (COVID-19) infeksiyası bizim üçün oyanış zəngi olmalıdır”.

APA-nın xəbərinə görə, bunu BMT-nin baş katibi Antonio Quterreş Ümumdünya Səhiyyə Assambleyasının virtual formatda keçirilən 73-cü sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, COVID-19-la bağlı mübarizə beynəlxalq həmrəylik və birlik tələb edir: “Həmrəylik barədə çox ifadələr eşidirik, lakin COVID-19-a qarşı cavab tədbirləri zamanı yetərincə birlik görmürük. Ölkələr COVID-19-a qarşı müxtəlif strategiyalar gerçəkləşdiriblər. Bəzən bu strategiyalar ziddiyyətli olub. İndi biz hamımız bunun əvəzini ödəyirik. Çox ölkələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə məhəl qoymayıb və nəticə etibarilə virus dünyanın hər yerinə yayılıb”.

BMT baş katibinin sözlərinə görə, inkişaf etmiş ölkələrlə müqayisədə inkişaf etməkdə olan ölkələrdə xəstəliyin nəticələri daha ağırdır və dünyada koronavirusun yayılması artıb: “Pandemiyanın ilk günündən bəri BMT əsas məqamları vurğulayıb. İlk olaraq daha həssas, inkişaf etməkdə olan ölkələrə, onların səhiyyə sisteminin inkişafına dəstək vermək lazımdır. Biz humanitar addımların atılmasını qeyd etdik. Ruh sağlığına dəstək verilməli, bu istiqamətdə investisiyalar qoyulmalıdır. Bu, böhranın dağıdıcı psixoloji təsiri ilə mübarizə etmək üçün vacibdir. Biz böhranın sosial-iqtisadi nəticələri ilə də bağlı addımlar atmalıyıq. Eyni zamanda biz sağlamlıq və iqtisadiyyat  arasında seçim etməməliyik. Əgər virusun yayılmasına nəzarət edə bilməsək, iqtisadiyyatları heç vaxt bərpa edə bilməyəcəyik”. A.Quterreş qeyd edib ki, qadınlara, uşaqlara, az gəlirli insanlara və digərlərinə də xüsusi diqqət ayrılmalıdır: “Mən beynəlxalq maliyyə institutlarını inkişaf etməkdə olan ölkələrə dəstək verməyə çağırıram.Post-pandemiya dövründə bərabər, ədalətli iqtisadiyyat və daha dözümlü və dayanıqlı cəmiyyətlər üçün çalışmalıyıq. ÜST-ün rolu COVID-19-la mübarizədə əvəz olunmazdır və təşkilatın xüsusilə inkişaf etməkdə olan ölkələrə dəstəyi təqdirə layiqdir”.

Ən son xəbərlər

Restoran, kafe, çay evi və bütün ictimai iaşə məkanları müştərilərə saat 08:00-dan 22:00-dək xidmət göstərəcək

Avtobus və taksilərə maskasız daxil olmaq qadağan olunub

Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb

Bu dərman vasitələri yerli mal hesab ediləcək

Baş Prokurorluq Bakıda gözəllik salonunda törədilən qətllə bağlı məlumat yayıb

Bakıda 300-dən artıq əsas küçə, prospekt və yol dezinfeksiya olunacaq

İyunun 1-dən müəllimlərin yerdəyişməsi üzrə elektron sənəd qəbulu başlayır

Muradla Handenin iyulda toyudur

Bred Pittin baxımsız halı bəyənilmədi

BMT-nin yüzə yaxın sülhməramlısı koronavirusa yoluxub

Tramp "Twitter"in bağlanacağını güman edir

XVIII əsrə aid konyak 146 min ABŞ dollarına satıldı - FOTO

Azərbaycanın Britaniyadakı səfiri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bağlı məqaləyə cavab verib

"Klon"un qəhrəmanları 20 il sonra -

Bakı əhalisinin sayı açıqlanıb

Azərbaycan dövlət himni Ukrayna dilində ifa edildi - Video

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

Mayk Pompeo: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiqdir"

Polad Bülbüloğlu: “Sülh danışıqları sonsuzadək davam edə bilməz”

Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi

Əkrəm İmamoğlundan Azərbaycan xalqına - Təbrik