Türkiyədə 6 bal gücündə zəlzələ olub

Türkiyədə 6 bal gücündə zəlzələ olub. Dənizlidə baş verən zəlzələ Antalya, İzmir, Muğla, Aydın və Spartadada hiss olunub.
Dənizli İcra Hakimiyyətindən bildirilib ki, insan tələfatı olmasa da, sökülən ev və obyektlər var. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin yaydığı məlumata görə, zəlzələ episentrdə 7,09 metr dərinliyində olub.
Dənizli Mərkəzi Xəstəxanasından bildirilib ki, zəlzələdən sonra 6 nəfər müraciət edib. Onlardan 5-i qorxub, 1-i isə pəncərədən tullanıb. Vəziyyəti yaxşıdır.
Bozkurt şəhər bələdiyyə sədri zəlzələ anını belə izah edib: “Zəlzələ 15-20 saniyə çəkdi. Biz iclasda idik, qonşu binanın divarı bizim otağın üzərinə uçdu. Bir çox evin divarlarında dərin çatlar var. Bu səbəbdən sakinlərə evlərini tərk etməklə bağlı xəbərdarlıq edilir. 2 ev dağılıb, çox şükür, insan tələfatı yoxdur”
Ən son xəbərlər

Niyə İnternetin inkişaf etdiyi bir dövrdə 100 mln. avroluq kitabxanalar tikilir?

“İrlandiyalı” filminə ilk yeddi gün ərzində baxanların sayı 26 milyondan çox olub

2020-ci ildə səyahət etmək üçün ən yaxşı yerlər açıqlandı

Rusiya Vikipedianı Rus ensiklopediyası ilə əvəzləmək istəyir

Kanadada dünyada ilk dəfə elektriklə işləyən təyyarə uçuş edib

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Rusiya, İran və Türkiyə Nur-Sultanda Suriya üzrə məsləhətləşmələr aparır

Fərhad Göçer qadınlara dəstək oldu
