Bakı
29° Aydın hava
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8859 AZN

Beş aylıq körpəsi ilə Milli Məclisə gələn deputat qovulub

Beş aylıq körpəsi ilə Milli Məclisə gələn deputat qovulub

Keniyada 5 aylıq körpəsi ilə Milli Məclisin iclasında iştirak etmək istəyən millət vəkili iclasa buraxılmayıb. 

 Millət vəkili Züleyxa Həsən təhlükəszilk qüvvələri tərəfindən məclisdən uzaqlaşdırılıb.  

Xanım vəkilin qovulmasını Milli Məclisin sədri Kristofer Omulele tələb edib. Səbəb olaraq isə parlamentin körpələr üçün münasib yer olmadığını bildirib.   

Bir qrup millət vəkili Omulelenin tələbinə qarşı çıxaraq, Hassanın zalı tərk etməsinə gərək olmadınığı bildiriblər. Ancaq xanım deputat təhlükəsizlik xidmətinin işçiləri tərəfindən bayıra atılıb. Bunun ardından xeyli sayda millət vəkili həmkarlarına dəstək nümayiş etdirərək zalı tərk ediblər.

Baş vermiş hadisənin ardından Hassan, "Gözləmədiyim bir vəziyyətlə qarşılaşdım. İşimi axsatmamaq üçün uşağımla birlikdə gəlməyə qərar verdim. Qızım atom bombası deyil, partlamaz" - deyə açıqlama verib.