Bakı
8° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8813 AZN

Alyaskada içərisində SSRİ dövründən məktub olan butulka tapılıb

Alyaskada içərisində SSRİ dövründən məktub olan butulka tapılıb

Alyaska sahillərində SSRİ-dən məktubla gələn butulka tapıldı.
Alyaska sakini Tayler İvanoff sahildə içində məktub olan butulka tapıb. Alyaskalı tapıntının şəklini Facebook səhifəsində bölüşüb və dostlarından yazının rus dilindən tərcüməsini xahiş edib. Aşkar olunan yazı 20 iyun 1969-cu il tarixinə aiddir.
Məktubun müəllifi Uzaq Şərq gəmiçiliyinin donanmasında, “Sulak” gəmisində xidmət edib. O, məktubun tapılması haqqında gəmi heyətinə məlumat ötürməyi xahiş edib. Lakin “Sulak” 1992-ci ildə metalloma verildiyi üçün bu arzu yerinə yetirilməyəcək.